Yenə hər yanda hökm edir zülmət!Yenə söndü o nazənin ülkər!Gecə-gündüz tapındığım dilbər,Yenə qaldıq vüsalına həsrət.

Yenə dilsiz sükut içində bütünQaralır nur saçan düşüncələrim.Ürəyimdə sönür o qüvvələrim,Yenə hər şey qara, cahan küskün.

Yenicə uçmağa qanadlandım,Onu zülm ilə qırdı bir səyyad.Sızlaram, indi eylərəm fəryad!Nə qədər sadə idim, aldandım!

Bu qaranlıqları sevən bayquş,Ruhumu pəncəsiylə cırmaqlar,Ürəyim həsrət atəşində yanar,Dözə bilməz belə həyatə vühuş.

Sözümü dinlə, dinlə, ey qəhhar!Bu qışı ya gözəl bahar eylə,Ya məni gözsüz eylə, kar eylə,Ya ki azadə bir diyara çıxar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran