Leyli kimi vədə verdin, gəlmədin,Məcnun kimi saldın dağlara məni.Bədəsil xoryadı bağban eylədin,Qoymadın bağçaya, bağlara məni.

Zimistanda, hər payızda, hər yayda,Hər saatda, hər həftədə, hər ayda.Hər şivədə, hər ağıda, hər vayda,Həmişə qatginən ağlara məni.

Məmmədhüseyn deyər, qurban yar sənə,Sağlığında verrəm ixtiyar sənə.Mən öləndə vəsiyyətim var sənə,Öz əlinlə bükdür ağlara məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar