Kasıba, yoxsula, elə dolaşan,Zatdan qırıq olar, qayğıdan kənar.Hər çirkin əmələ yol verər insan,Əgər gözləməsə, namus, qeyrət, ar.

“Beş günlük” dünyadı, beş gün yaşarsan,Yaxşılıq et, ad-san qazan bacarsan.İmanı unudub, əyri iş tutsan,Axır gündə olmaz sənə Xudam yar.

Məmmədhüseyn insan olan kəslərə,Can qurban eyləyər gündə min kərə.Hər kəs əməlindən gedər məhşərə,Səxavət əhlinə nə dövlət, nə var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri