Əlbir olub bir ayı bir şir ilə,Ovladılar dovşanı tədbir ilə.Olmadılar razı onu bölməyə,Çıxdı iş axır ölüb-öldürməyə.Çeynədilər, dişlədilər, diddilər.Bir-birini al qana qərq etdilər.Özlərini taqətdən saldılar,Hər biri bir səmtə düşüb qaldılar.Tülkü uzaqdan görüb ol haləti,Bildi ki, yox heç birinin taqəti.Gəldi götürdü ovu, etdi fərar,Həsrət ilə baxdı dalınca bular.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri