سن یاریمین قاصدی سنایلن سنه چای دئمیشم

Sən yarımın qasidisənİlən sənə çay demişəm

خیالینی گوندریب دیربسکی من آخ ، وای دئمیشم

Xəyalını göndəribdirBəski mən ax, vay demişəm

آخ گئجه لَر یاتمامیشاممن سنه لای ، لای دئمیشم

Ax gecələr yatmamışamMən sənə lay-lay demişəm

سن یاتالی ، من گوزومهاولدوزلاری سای دئمیشم

Sən yatalı, mən gözüməUlduzları say demişəm

هر کس سنه اولدوز دییهاوزوم سنه آی دئمیشم

Hər kəs sənə ulduz deyəÖzüm sənə ay demişəm

سننن سورا ، حیاته منشیرین دئسه ، زای دئمیشم

Səndən sora, həyata mənŞirin desə, zay demişəm

هر گوزلدن بیر گول آلیبسن گوزه له پای دئمیشم

Hər gözəldən bir gül alıbSən gözələ pay demişəm

سنین گون تک باتماغیویآی باتانا تای دئمیشم

Sənin gün tək batmağınıAy batana tay demişəm

ایندی یایا قیش دئییرمسابق قیشا ، یای دئمیشم

İndi yaya qış deyirəmSabiq qışa, yay demişəm

گاه توییوی یاده سالیبمن دلی ، نای نای دئمیشم

Gah toyunu yada salıbMən dəli, nay-nay demişəm

سونرا گئنه یاسه باتیبآغلاری های های دئمیشم

Sonra yenə yasa batıbAğları hay-hay demişəm

اتک دولی دریا کیمیگؤز یاشیما، چای دئمیشم

Ətək dolu dərya kimiGöz yaşıma çay demişəm

عمره سورن من قره گونآخ دئمیشم ، وای دئمیشم

Ömrə sürən mən qara günAx demişəm, vay demişəm

Əsl mətnGanjoor (yeni pəncərədə açılır)

QeydLatin-script text made for this site from the Arabic-script original as given here (Ganjoor), line by line, in modern Azerbaijani spelling; Tabriz dialect forms are kept. No printed Latin edition of this redaction was found (the texts on shahriyar.az differ). Not proofread against a print.

Tərcümə təklif edin

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri