İlk dəfə idi Seyid Lazım ağanın ziyarətinə onsuz gedirdim. Çox sevirdi buranı. Həmişə bizi gətirirdi, uşaqlara tanıdırdı. Deyirdi, ağa Tanrının seçdiyi bəndələrdən olub. Qapısına gedən adam naümid qayıtmayıb, qapısına getdiyi adam övladının qanından keçib! Hökumətin görə bilmədiyi işlər bircə kəlməsiylə yerinə yetib. Öləndə öz vəsiyyəti ilə burda - Çəmənlidəki baba mülkündə basdırılıb, məzarı böyük ziyarətgaha çevrilib.

Ağanın oğlu ziyarətgahın yanındakı uzun çardağın başında oturub danışırdı:

“Həzrəti Musa ailəsi ilə yolla gedərkən Tur dağında işıq gördü...”

Əhvalatın içindəki “ailəsi ilə” sözü ox kimi bağrıma sancıldı. O, bizi tək qoymuşdu. Mən, Aqşin, Nihad əl-ələ tutub onun qoxusunu həm də bu ziyarətgahdan almağa gəlmişdik.

Ağanın oğlu məni tanıdı. Yaxınlaşıb hal-xoş edəndə gözləri doldu. Dedi, bir dəfə anasına “Yasin” oxumaq istədim, qəbrini ziyarət edə bilmədiyi üçün razılaşmadı. O günün səhəri tezdən, mən sübh namazına duranda gəldi. Üst-başı toza-palçığa batmış, ayaqları islanmışdı. Uzaq səfərdən gələnə oxşayırdı. Gülümsünüb dedi, ağa, indi “Yasin” oxuya bilərsən. Özümü saxlaya bilmədim. Dedim, sən ordan gəlirsən? Cavab vermədi. Mən elə bu çardağın yanındaca, ayaq üstə şəhid anamızın ruhuna bir “Yasin” oxudum. Duam bitəndə baxdım ki, yanımda yoxdur. Özü getmiş, yerində bir topa ağ işıq qalmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İkinci hissə, 7. Kapitan Rəşidov

Elə bu məqamdaca isti-isti etiraf edim ki, “kambriq”in hazırladığı əməliyyatdan ağlım bir şey kəsmirdi. Nəyə görə? Ermənilər altı nəfərin dumanda azıb əsir düşməsinə görə biz tərəfin əməliyyat keçirəcəyini bilirdi. Əməliyyat da nə olacaq? Müharibəyə başlayası deyildik ki! Girov gətirib əsgərlərlə dəyişəcəkdik. Ona görə təmas xəttini gücləndirmiş, ehtiyat tədbirlər görmüşdülər.Görünür, Polkovnik Nəbiyev mənim könülsüz olduğumu hiss edib bölük və taqım komandirləri ilə görüşdə iştirak etməyimi məsləhət bilmədi. Dedi, icazə ver, onları sənsiz, özüm qəbul edim. Dedim, buyur. Onlar söhbət edəndə mən qərargahda, öz iş otağımda gözləyirdim.

20181 dəq
İkinci hissə, 8. Komandir

Kapitan Rəşidov qayğılıydı. Deyəsən, işi bacaracağımıza inanmırdı. Əməliyyat planını hazırlayandan sonra səsindəki yorğunluq diqqətimdən qaçmadı:“Uşaqlar, yəqin, Polkovnik Nəbiyev özü sizə deyib, nə edirsiniz-edin, atəşkəs pozulmasın. Unutmayın, kəşfiyyat əməliyyatı briqada komandirinin, atəşkəsə diqqət etmək baş qərargahın tapşırığıdır.”

20181 dəq
İkinci hissə, 9. Gizir Səfərov

Kəşfiyyat sözünü eşidəndə gözlərimə işıq gəlir. Yan düşüb yatmaqdan yanımız ağrıyır. Sağ olsun, cavan əsgərlər, işə-gücə də qoymurlar. Özümü lap kənd yerlərində zərli mütəkkəyə dirsəklənib mürəbbəli çay içən qocalar kimi hiss edirəm. Bütün günü ya Mazanovla mübahisə edir, ya da İrəfiyevlə məzələnirəm. Danışmağa söz də qalmayıb. Getdikcə zayıllayıram. Bir az gəzsəydik, həm yelimizi tökərdik, həm də təzə söz öyrənərdik.Komandir məni çağırıb elə beləcə də dedi: “Səfərov, səfər var!”

20185 dəq
İkinci hissə, 10. Komandir

Düzü, burdakı uşaqların cəsarəti məni valeh edirdi. Bir kəlmə “Kim kəşfiyyata getmək istəyir?” deyirdim, hamı qabağa çıxırdı. Bəzən seçəndə kimisə aparmadığım üçün utanırdım. Ölümdən qorxmurdular. Onu dəfələrlə görmüşdülər. Müharibədə can qoyan bu bığlı-saqqallı kişilər ilk könüllülərdən idilər və orduya sevgiylə bağlanmışdılar. Onlardan peşəkar olmaq olardı, lakin torpağı onlar qədər sevmək mümkün deyildi. Əsas sevgidir. Sən silahın, texnikanın dilini öyrənib, döyüşün bütün sirlərinə yiyələnə bilərsən, içində sevgi yoxdursa, bilik və səriştə heç nəyə yaramayacaq.Əməliyyat planına əsasən biz Alaxançallı kəndindən Lev istiqamətinə keçib, ən azı bir nəfər “dil” gətirməliydik. Altı nəfərin əsir düşməsi söhbətinə görə düşmən təmas xəttini gücləndirmiş, əlavə tədbirlər almışdı. İşimiz çətin olacaqdı.

20183 dəq

Başqa şairlərin şeirləri