Üçüncü hissə, 13. Qırğı
Zəmidən çıxanda “Qaz 53”-ün tormoz borularını kəsdik, təkərlərini deşdik. Sürücü xahiş edirdi:
“Nə olar, kombaynı söndürün, təzə almışıq, heyifdi, xarab olmasın.”
Komandir “Olmaz, diqqət çəkər” söyləyəndə Səfərov qızışdı:
“Bicok erməni! Kombaynı söndürsək, deməyəcəklər ki, bu niyə dayandı?”
Mən sürücüyə təskinlik verdim:
“Narahat olma, yanacağı bitəndə özü sönəcək.”
Gursaçlı yenə ayaqlarını dirəyir, getmək istəmirdi. Gizir Səfərovun “kəşfiyyat diplomatiyası” bu yerdə işə düşdü:
“Aə, kolpanbaş, sizi öldürmək fikrimiz olsa, burda boğub öldürərik. Ən yaxın postdan özümüzünkülərlə dəyişəcəyik!”
Komandir deyilənləri təsdiq edəndə gursaçlı inandı, dizindəki sərtlik azaldı və sürətimiz artdı. Qumsallıqla xeyli aşağı düşmüşdük ki, Səfərovun səsi eşidildi:
“Bıy! Ştık-nojum düşüb!”
Komandir bircə dəfə başını bulamaqla məsələyə öz münasibətini bildirdi.
Yoxuşa gəldiyimiz dərəni yenişə keçirdik deyə üçqat artıq sürətlə irəliləyirdik. Ağsaqqal uşağı götürüb qeybə çəkilmişdi. Ha yüyürürdük, çata bilmirdik. O qədər yeyin gedirdik ki, hava ağarmamış dərəni keçib gecə qaldığımız daşlığa çatdıq. Ağsaqqal iki əsgər və uşaqla bizi burda gözləyirdi.
Daşlıqdan sallananda çönüb geri baxdım, kombaynın ətrafında işıqlar dolaşırdı. Az keçməmiş göyə fişəng atdılar. Hündür bir daşın üstünə çıxıb baş verənləri seyr edən komandir çox əzəmətli görünürdü. Dayandığı yerdən amiranə səslə dediyi sözlər göydəki fişəngləri söndürüb yerə səpələdi:
“Səfərovun ştık-nojını gördülər!”
Kitabxana.az · https://kitabxana.az/works/serif-agayar-komandir-ucuncu-hisse-13-qirgi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İndiyədək belə gecə yürüşü görməmişdim. Çox rahat gəldik. Bir az yemək yeyib dincələndən sonra “dozor” nəfəri kimi önə çıxdım. Hər tərəf zil qaranlıq idi. Çox da uzağa getməyib gecənin dərinliklərində səs-səmir axtardım. Təxminən, beş yüz addımlığımda it hürdü.Səhər açılan kimi komandir məni və Əsgər Hüseynovu yanına çağırdı. Hamı kimi, Əsgər Hüseynovun da ləqəbi vardı: Maral. Onun yerişi-duruşu, baxışı marala bənzəyirdi. Qeydi-adi eşitmə qabiliyyəti vardı. Komandir deyirdi, bunun başının üstündə görünməyən antenalar var; bu maralın buynuzları məftildəndir! Gülürdük.
İkinci hissə, 18. KomandirQırmızı “Niva” kəndin dağılmış evlərinin arasından burula-burula keçib ağacdan düzəldilmiş şlaqbauma yaxınlaşdı. Şlaqbaumu qaldırdılar, içəri keçib salamat evlərdən birinin qarşısında dayandı, içindən zabit düşdü. Bir azdan hardansa əsgərlər peyda oldu. Onlar, elə bil, porsuq kimi yerin altından çıxırdılar. Demək, bura ayrıca bölükdür, “Niva” qərargahdan zabitləri gətirir.Səhər düzülüşü başladı. Əsgərlər addımlaya-addımlaya oxuyurdular: “Yes heros zinvor...”
İkinci hissə, 19. Gizir SəfərovBaşımı hansı daşa-qayaya çırpım? Nə qədər çalışıram, təkbaşına düşmən bölüyünə getməsinin yanlış olduğunu komandirə başa sala bilmirəm. Heç olmasa arxadan müşayiət etməyimizə icazə versin. Dirəşib. Hələ bir dediyi sözə baxın:“İtləri meşəyə tərəf bağlayıblar. Kənd tərəfdən gəlsəm, görməyəcəklər.”
İkinci hissə, 20. KomandirLənətə gəlsin! Bu tərəfə də it bağlayıblar. Hürən kimi aşağıda bağlanan, rabitənin yanında yatan itlər də hürüşürlər. Gecənin sükutunu doğrayan səs-küy dərə boyu burulub meşəlikdə yox olurdu. İtlər olmasa, kazarmaya girmək, əsgərlərdən birini yatdığı mələfəyə büküb çıxarmaq mənə çətin gəlmirdi.Bölüyə girməmiş fərq edilməyi, orda həlak olmağı özümə sığışdırmırdım. Bu maymaqların əlində ölməyi Allah heç kimə qismət eləməsin. Döyüş ayrı. Döyüşdə ölərsən də, öldürərsən də! Avaranın birinə yatdığı yerdə qəhrəmanlıq fürsəti vermək kişilikdən deyildi.
Başqa şairlərin şeirləri
Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
İtirərsənİşdir, kəm baxsan əgərHalal el malına sən,
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.