Çün xakə təcəlla elədi xaliqi-cəbbar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Çün xakə təcəlla elədi xaliqi-cəbbar,Öz surətini xaki-siyəhdən edib izhar.
Çün oldu bəşər əhsəni-təqvimdə təxmir,Bu xak təcəllayi-həqə oldu səzavar.
İstərdi mələk, adəmi kim, tapmıya xilqət,Hüsni-bəşəri gör ki, mələk oldu giriftar.
Harut ilə Maruta edim mən nə məzəmmət,Cibrili-əmin düşsə bu sevdayə, olur xar.
Nə çarə edim eşqimə bəs mən evi viran,Yüz Zöhrəyə mən müştəriyəm, valehi-didar.
Yüz göz görürəm ki, hamısı sehrdi, cadu,Bimar qılıbdır məni bir gözləri bimar.
Yox məndə hələ nəfsi-mələk qüvveyi-qüdsi,Axır bəşərəm, rəhm qıl, ey xaliqi-qəffar.
Məqtə — şairin təxəllüsü olan son beyt. Gər etməz idin arizi-dilbərdə təcəlla,Seyyid bu qədər olmaz idi yarə tələbkar.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-cun-xake-tecella-eledi-xaliqi-cebbar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey oğul, xəlqə söyləmə böhtan,Yaxşıya yaxşı ol, yamanə yaman.
İrəvan taciriBir nəfər irəvanlı bazərgan,Hacitərxanə pənbə etdi rəvan.
Misal (Bir nəfər əhli-hal edibdi sual)Bir nəfər əhli-hal edibdi sualMürtəzadən ki, ey sipehri-kəmal,
Nəsihət (Ey oğul, sanma əhli-elmi zəif)Ey oğul, sanma əhli-elmi zəif,Bil bu elmi-nücumi elmi-şərif.
Başqa şairlərin şeirləri · Eşq
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
De gəlsinHicran sənətkarı, qəm xiridarı,Qəddar olan, biilqara de gəlsin.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,