Dersən mənə kim, huriyi-qılman olacaqdır,Qismət sənə ol Kövsəri-rizvan olacaqdır.

Bəsdir mənə bu saqi ilə badeyi-gülgun,Mənzilgəhimiz səhni-gülüstan olacaqdır.

Dünyada gərək yari-pərivəş, meyi-biğəş,Üqbayə baxan kimsə pəşiman olacaqdır.

Bu nəqdi qoyub nisyə dalınca nə gedim mən,Nəqdini verən nisyəyə nadan olacaqdır.

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,Vaiz cigəri həsrət ilə qan olacaqdır.

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar,Ömrün gedəcək, dəhr özü viran olacaqdır,

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid degiləm nisyə sözə bavər edəm mən,Nəqdi-hunərim camə girovgan olacaqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana