Əyan gözlə baxan şəxsə nihansan
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Əyan gözlə baxan şəxsə nihansan,Nihan gözlə baxan zatə əyansan.
Desəm pinhansən, hər yan əyansan,Desəm ki, mən əyansən, yox nihansan.
Münəvvər etmisən cümlə cahanı,Məgər sən afitabi-asimansan?
Özün həm rahsən, həm rahzənsən,Özün həm düzdsən, həm pasibansan.
Adındır zərrü nafe, ey nigarım,Gəhi üşşaqə sudü gəh ziyansan.
Səninləndir xəzanım, həm baharım,Vəli sən nə baharü nə xəzansan.
Yelə verdin şəmimi-tari-zülfün,Nəsimi eylədin ənbərfəşan sən.
Məqtə — şairin təxəllüsü olan son beyt. Sən oldun Seyyidin lütfündə zahir,Əyan oldun ki, sən gənci-nihansan.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-eyan-gozle-baxan-sexse-nihansan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşdü əlimə bir gecə bir şişə şərab,Gətdim evə sübh içim məni-xanəxərab,
Qoymuşdum evə bir gecə bir şişə şərabQoymuşdum evə bir gecə bir şişə şərab,Yatdım ki, durub sübh olam ondan sirab,
Sərməst namazə gəlməsəydi əshabSərməst namazə gəlməsəydi əshab,Heç ayə gəlib həram olmazdı şərab.
Bir gün Ömərin bir oğlu içmişdi şərabBir gün Ömərin bir oğlu içmişdi şərab,Ol qədr onu döydü ki, öldü o cənab.
Başqa şairlərin şeirləri · Eşq
Xalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Qısqanıram mənO çalır, nəğmənin hər xalında sən,Qəlbini, ruhunu tapmısan deyən.
Işk ehli kamunuz gelünüz âh idelüm âhIşk ehli kamunuz gelünüz âh idelüm âhGönül iline ol büti bir şâh idelüm şâh
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür