Gərçi dil seydinə, ey gül, xət ilə xalın var,Leyk ondan bu gözəldir ki, gözəl halın var.

Genə kimlər ürəgin qan edəcəksən, ey məh,Bu rüxi-al ilə çıxmaqda bu gün alın var.

Çox baxırsan dəhəni-yarə, könül, yoxsa genəMəbhəsi-nükteyi-mövhumdə əşkalın var.

Zahida, sən ki, bilirsən özüvü hal əhli,Bir öz əhvalüvi bilməzsən, əcəb halın var.

Tut ki, ey mürği-dil, oldun bu qəfəsdən azad,Uçmağa cənnəti-kuyinə məgər balın var?

Açıram müshəfi, yüz dəfə, “əlif-lam” gəlir,Qamətü zülfdə, ey dil, nə gözəl falın var.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid, ol hurvəşin vəslin edərsən xahiş,Olmağa cənnətə şayistə nə əmalın var?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq