Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ləblərin öpdüm, könül oldu meyi-nab oğrusu,Oldu, bu sərrafı gör, bir ləli-sirab oğrusu.
Bağbandır baği-rüxsarında zülfün, ey pəri,Dil dilər ləli-ləbin, bu tifl innab oğrusu.
Ta səhər çeşmin xəyalilə könül bidardır,Oldu ol sahir bizim bimardən xab oğrusu.
Aldı pinhani dəhanın hər nə kim, var idi yox,Açmaq olmaz sirrini, müşküldü əhbab oğrusu.
Xət gəlib rüxsarüvə, aldı əlimdən könlümü,Bu siyəh əyyarı gör kim, oldu məhtab oğrusu.
Fal açıb rüxsarüvə zülfün qaraçilər kimi,Qarət etdi könlümü dəhrin bu qüllab oğrusu.
Məqtə — şairin təxəllüsü olan son beyt. Qaşları taqində xalı aldı könlüm, Seyyida,Oldu hər bir oğrudan bədtər bu mehrab oğrusu.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-leblerin-opdum-konul-oldu-meyi-nab-ogrusu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir ərəb Mürtəzadən etdi sual –Key sipehri-ülumü bəhri-kəmal,
Musa və çoban əhvalatıBir gün olmuşdu Həzrəti-MusaCanibi-Turi-pakə rəhpeyma.
Hekayət (Yoxdu bir kəsdə ki, sücud ilə cud)Yoxdu bir kəsdə ki, sücud ilə cud,Yaxşıdır ki, ədəm ola o vücud.
Hikmət (İki aqil kəs eyləməz dəva)İki aqil kəs eyləməz dəva,Eyləməz bir-birinə büğz əsla.
Başqa şairlərin şeirləri · Eşq
Qəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
Dərdimə dərman qılan ol gözləri şəhla imişDərdimə dərman qılan ol gözləri şəhla imiş,Qaşlarıdır kabə qövseyn zülfi ev əbna imiş.
Yeni gəncMən çəlik ürəkli bir yeni gəncim,Dildən-dilə düşmüş hekayətim var.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.