Xalü xətin olub dili-viranə oğrusu,Oldu iki qaraçı bu bir xanə oğrusu.

Şəmi-cəmalə yandı könül, öpdü ləlüvi,Məqsuduna yetişdi bu pərvanə oğrusu.

Məşşatə pak edər ərəqi-ruyi-yarımı,Lazımdı qəti-yəd ola dürdanə oğrusu.

Ol gecədən ki, şanə dəgib tari-zülfünə,Sədçak könlümüzdür olan şanə oğrusu.

Ləli-ləbin xəyalına düşmüş dili-həzin,Bu düzd olub xəzaneyi-şahanə oğrusu.

Dil basdı bağrına bu gecə zülfi-pürxəmi,Zənciri-əqlin oldu bu divanə oğrusu.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xali-xəyali xali edib bəs ki, əqldən,Xirmən gəzib bu Seyyid, olub danə oğrusu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq