Bir bəxilə deyib bir əhli-füsunBir yuxu görmüşəm, de xeyr olsun.Dedi ki, xeyr ola yuxun, de görək.Dedi: – “Gördüm yuxuda sizdə çörək”.Düşübən iztirabə ol sərsaq,Gedib öz övrətinə verdi təlaq.Olmağa qazi əmrdən agahDedi: – Bu övrətə nə idi günah?Deyib ol şəxs: – Əyyühəl-qazi,Necə bu əmrə mən olum razi?Yuxuda bir kişi görüb çörəyim,Durmur üstümdə indi də ürəyim.Mənə lazımdı bir özüm təki can,Çörəyi eylə saxlaya pünhan,Yuxuda görmək olmaya məqdur,Övrəti-müsrifin cəzası budur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri