XVIII
Səhifə 2 / 2 · 50%
– Onda dil tap, yola get!.. Atı daşlığa sürmə! Çünki at büdrəyər, başın daşa çırpılar! – Murtuzov saatına baxıb:
– Yaxşı, bunlar yola gedər, – dedi. – Bir az puluynan ayın-oyun düzəlt, qonağım olacaqdır!
Məmmədxan hirsini soyutmağa çalışdı, qonağın kim olması ilə çox maraqlandı:
– Biz bu qonağı bilsək pismi olar? – deyə soruşdu. – Bir az əvvəl, Yavər bacı da azuqə üçün gəlmişdi, azdan-çoxdan düzəltdim, apardı. Deyirdi qonağımız olacaq, sən də gəl!
Murtuzov əlini Məmmədxanın çiyninə vurdu:
– Heç Bayraməlisiz toy olar? Ancaq abırlı olsun!.. Puluynan!.. Başa düşdünmü?.. Dünyada ilanın zəhləsi yarpızdan gedən kimi, mənim də zəhləm müftədən gedər!..
– Əlbəttə, əlbəttə...
Məmmədxan da arada bir şey yoxmuş kimi özünü çəkdi.
– Yoxsa mən milyoner deyiləm ki, deyəm, nə küləyə düşdü, qoy getsin! Qəpiyinə qədər haqq-hesab çəkməsəm, mən kooperativin bir qramını da kənara vermərəm! Lap Allahın öz bacısı oğlu olsa belə!..
– Nə qəpik, nə qram, hamısı hesabdır! – Murtuzov öz bəlli sözlərini təsdiq etdi: – Mən öz ömrümdə əlacsızlıqdan bu borc zəhrimara getsəm də, başımı da kəssələr müftəyə getmərəm!
Murtuzov bir qədər dayanıb sonra yavaşca Məmmədxanın qulağına əyilib:
– Bir az işləri qaydaya sal, bəlkə qəfildən təftişə gəldik! – dedi.
Məmmədxan bir an içində yenə də bu “təftiş” xəbərindən özünü itirdi, onun gözlərinə qaranlıq çökdü.
– Buyurun! – deyə o mənasız bir əda ilə əlini oynatdı. – Gül kimiyəm. İstər gecə, istər gündüz gəlin, bir kibritə nə söz? Ya bir qəpiyə, ya bir qrama nə sorğu? Mən bayaq da, söhbətin bismillahında dedim ki, mən əsla o adamlardan deyiləm! Olub yüz ireviziya, qoy olsun bu da bir ireviziya. Qoy ta Allahın özü də ərşdən enib öz əshabələri ilə mənim təftişimə gəlsin! – Məmmədxan döşünə döyüb içəridən ürküyə düşdüyü üçün özünü danlamağa başladı. – Mən qönçədən çıxan sabah ertənin şehli bir gülüyəm!.. – Məmmədxan stolun gözlərini bir-bir çəkib üst-üstə toplanmış sənədləri araya tökdü, təkrarən, stolun gözlərini şaraq-şaraqla örtdü.
– Mən təftişə hazıram, qardaş!..
– Anbarı bilirəm, kənarda necə, ədə?
– Kənarda olsun, buyursunlar! Dokumentlərim yerində, gül kimi! Mən vicdanımın qabağında xar düşməz bir gül kimi olandan sonra, bütün dünya məndən ötrü bir cıdır meydanıdır, necə istəsəm atımı elə də oynadaram! – O əlinin kəfəsi ilə stolun üstünə vuraraq: – Mən bunları tanıyıram, – dedi – sənəd, bir də qol!.. İstəyirsiniz lap dünyanın ən baş bilən, ilan yeyib əjdaha olan irevizorunu çağırın!
– Müəllimlərin və qeyrilərinin payına baxmaq lazımdır!..
– Dedim ki, mən pionerəm, Murtuz dadaş!
Murtuzov Məmmədxanı yamsıladı:
– “Mən pionerəm, Murtuz dadaş!”
Murtuzov gödək barmaqlı əlini yuxarı qaldıraraq: – Təftişin Allahı yoxdur, – dedi. – O, nə dadaş tanıyır, və nə qardaş! Yoxsa sənə nağara lazımdır?.. Özün də hələ təftişin burnu görünməmiş qızdırmalı adam kimi ərşdən-kürşdən danışıb sayıqlayırsan, “yoldaş” sözünü də bilmərrə öz yadından çıxarırsan?..
– Mən nə deyirəm ki? – Məmmədxan şübhə ilə dostunun üzünə baxdı. – Mən həmişə hazıram, yoldaş müstəntiq!..
Bu vaxt qapıdan içəriyə bir əyri-üyrü kölgə düşdü:
– Kim var burada?..
Murtuzov və Məmmədxan ayaq üstə ölü sifəti alıb avazıdılar, ikisi birdən qapıya tərəf boylandılar. Sanki hər ikisi bir ağızdan:
– Ə, Qaloş, sənsən? – deyə irişə-irişə toxdadılar.
Qaloşlu adam etina etmədən içəriyə girdi:
– Əlindəki o yamaqlı zənbil nədir? – deyə Məmmədxan tələsik soruşdu.
Qaloşlu adamın arıq sinəsi qalxıb endi, onun qırışıq üzü titrədi:
– Sizin başınız üçün, – deyə divara söykəndi, əlini cibinə atıb bükülmüş əzinik pulları çıxarıb göstərdi: – Əsə-əsə, anası qoynundan çıxarıb, titrəyə-titrəyə mənə uzadıb ki, qadan alım, bazarlıq elə! Əşi, bu pula nə bazarlıq? Evdə bişməyib, qonşudan gəlməyib, dul arvad oğlundan nə prokuror? Bu pula heç bir lax yumurta verməzlər ki, divara çırpasan!..
Murtuzov, udqunub-udqunub ilk gəlişi zamanı kölgəsindən qorxduğu adamın üstünə acıqlandı:
– Gəvəzək danışma, a kişi!
– Gəvəzək deyəndə, – Qaloşlu adam yenicə yetim qalmış gözüyaşlı bir ərköyün uşaq kimi boynunu çiyni üzərinə qoydu, – Qaloş, başına indi haranın yekə əlləməsini salsın?
– Lap yerin-göyün!
– İçindən nə çıxsın?
– İçindən Qaloş! Guya dünənki bəbədir, əlli ildir cəhənnəmə kötük tullamır bu Qaloş?
– Kötük olmayan yerdə, nəinki bir odun yarmaçası, heç bir qamqalax da atmaq olmur, Murtuz dadaş! – Qaloşlu adamın qırışıq gözləri bir hakim kimi Murtuzovun üzərində gəzdi.
– Sən yenə əli istisən, – deyə Murtuzov bu baxışların müqabilində sözünü dəyişib yumşaldı, ağır-ağır məsləhətə başladı. – Təzə adamdır, sabahdan təzə pulu da olacaq, bağlama-bağlama başı açılmamış donluğu da! Buralardan indi kişinin öz halal pulu ilə bir şey düzəlt, qoy dolansın! – Murtuz Murtuzovun da torbalanmış gözləri hiyləgərcəsinə dolandı, – Qaloş, ağlın olmaz birdən hazırlıqdan-zaddan gedib prokurorun adına bir şey-mey alarsan ha?!. Sonra kişinin adına bir ləkə yaxarlar!..
– Mən ancaq bizim Məmmədxanı tanıyıram! – Qaloşlu adam anbardarı göstərdi. – Bu arada bir etibarlı mərd kişi varsa o da budur, mənim qardaşoğlum!..
Məmmədxanın kefi də, rəngi də açıldı:
– Buyursunlar! – deyib batıq səslə Murtuz tərəfə güldü. – Bu gün olmaz pul, sabah olar pul!.. Yoxsa prokuror da ayrı birisi deyil ki, haqqa cığal ola, alıb vermiyə, bəzi para adam kimi?!
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rehimov-mehman-xviii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Necə deyərlər, çalbığ Həlakunun aşığı alçı durmuşdu. Onun kefi kök, damağı da çağ idi. Artıq gəlini Ərmağanı – xaldar ilanı ustalıq və məharətlə atasının evinə ötürmüşdü. Ağla çətin sığa bilən əfi ilan artıq Məmalikin evinin içində idi... Adi ilanla bu ilanın fərqi bu idi ki, adi ilan küncdə-bucaqda gizləndiyi, girəvəsi düşüncə çalıb zəhərlərini cəld töküb bir qırağa çəkildiyi halda, bu ilanın heç də küncdə-bucaqda gizlənməyə ehtiyacı yox idi. Getdikcə Ərmağan öz atasının evində qol-qanad açır, deyəsən tezcə də Sərəncamsayağı əmr, sərəncam verməyə də başlayırdı! Ərmağan xanımın fərmanı ilə qoca xidmətkarlar, məmurlar, darğalar, əşrəflər mübaşirlər işə-gücə qoşulur, bu yanda qoyun kəsilir, o biri yanda aşpazxanada ləziz təamlar hazırlanıb, süfrələr sahmana salınırdı. Məhtaban isə gərdək dalında gizlənən utancaq gəlin kimi aşkara çıxmır, hələ ki, heç kəs də onu təm-təraqla aşkara çıxarmaq, ev sahibəsini mübarəkbadlığa gələn əyan heyətinin qoca başçısı çalbığ Həlakuya pişnəhad etmək istəmirdi. Həlaku xan isə öz növbəsində ədəb gözləyir, Məhtaban xanımı görmək üçün can atmırdı. O, Məmalikin qaşqabaqlı olub-olmadığına fikir vermir, sahibkarın necə turş-təlx sifətdə olduğunu görmürmüş kimi, üstünü də vurmurdu. Həlaku xan tərəfindən, yaxud Məmalik xan tərəfindən burada cəm olan əyan-əşrəf də yeyib-içməyə keçir, Çalbığ Həlaku bic-bic göz vurub, şirin-şirin söhbət edir, deyib-gülür, olmazın şadyanalıq göstərirdi. Çalbığ Həlaku təvəllüd tapan xanzadəyə Məmalik mülkünə bitişik kəndlərdən bir mədaxillisini bağışlamaq barədə möhürlü qərar göndərəcəyini vəd edir, sevincinin intəhasız olduğunu mötəbər məclisdə nümayiş etdirirdi.– Bu qohumluq ki var ağalar, hər ikimizin xoşbəxtliyidir, – deyə Həlaku tutqunsifət Məmaliki süzüb, arada heç bir büğz yox imiş kimi, ortada dolaşan oğlan nəvələrinə işarə edirdi. – Bax, bizim xırdaların burunları daima bu Məmalik baba üçün göynəyir!..
Məhtaban 19Məmalik qulaq verincə, yatdığı otağın qapısı arxasında, enli dəhlizdə döşənən Təbriz fərşi üzərində asta hərəkət edən ayaq səsləri eşitdi: “Bu kim olsun belə? – deyə qoca qulaq verməyə başladı. – Ərmağan olmasın?1 Ərmağan xanım Məhəmməd qızı ilə mənim otağımın arasında dolaşmasın?1 Qulaq verib, qaranlıqda bizim nəfəslərimizi belə dinləməsin? Röyada ola bilən danışıqlarımızı eşidib bilmək istəməsin?1 İlahi, sən özün şahidsən ki, Ərmağanın anası Sərəncam xanım da bax, belə idil O, hey gendən mənə göz qoyur, danışıqlarıma da gizlicə qulaq verirdi. Guya aşkara gördükləri, eşitdikləri az idi, gizli qulaq verdikləri, gördükləri hesabda idil Arada bir məna olsun, olmasın, ciddi söz-sov olsun, olmasın?1”.Doğrudan da xan qızı Sərəncam xanımın peşəsi gizlindən qulaq asmaq, gizlindən güdmək idil Elə bil ki, Sərəncamın canı güdməkdə, bütün zövqü də xəlvəti qulaq verib, xəlvəti eşitməkdə idil Aşkar işdən Sərəncam xanımın zəhləsi gedərdi! Bir də Sərəncam göz açandan öz anasını gizlicə güdən, onu da öz ərinə xəlvəti qulaq verən, göz qoyan görmüşdü! Məmalik əzazil Sərəncamı xatırladıqca, Ərmağanın gəlişi ilə arvadının kabusu barigahda dolaşdıqca, Məmalikin təsəvvüründə illər uzunu canını xirtdəyinə yığan xan qızının pəstahları canlanır, kişinin əsəbləri yay kirişi kimi dartınırdı: “Bax, rəvayət edənlər deyərdilər ki, o Sərəncam xanımın anası məluna da hey Sərəncam xanımın atasını beləcə, mən sayaqda yay gününün üzülməz kölgəsi kimi təqib edirmiş!..”
Məhtaban 20Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.
Məhtaban 21Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!
Başqa şairlərin şeirləri
Dad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
OlmuşamNə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Müşk yolunda can tökən qəlb olması yəqinimdürMüşk yolunda can tökən qəlb olması yəqinimdür,Səvadi-cövhərimin xətti-lövhi cisminimdür.