Demə
Mən desəm haqqını al, sən demə: “Allah qoysa”.Vətənin dərdinə qal, sən demə: “Allah qoysa”.
Keçmiş ağ günlərini, qüdrətini, şöhrətiniMən desəm bir yada sal, sən demə: “Allah qoysa”.
Mən desəm gəl görüşək, can evimizdən əbədiQovsun hicranı vüsal, sən demə: “Allah qoysa”.
Mən desəm yaxşı düşün, xalqını inkar edənə,Ayıq ol, vermə macal, sən demə: “Allah qoysa”.
Mən Süleyman bilirəm dərdimizin çarəsini,Söyləsəm, qardaş, ucal, sən demə: “Allah qoysa”.
Milyon inşallah ilə ağ günə çıxmaq olmaz.Mən desəm “Cəngi”ni çal, sən demə: “Allah qoysa”.
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-rustem-deme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ürəyimdə gəzdirirəm doğma anam torpağı,Babalardan yadigardır hər gülşəni, hər bağı.
Mehdini yad etdimSovet İttifaqı Qəhrəmanı*Mehdi Hüseynzadənin xatirəsinə*
Qəlbində məhəbbətDostum Arifə*Arif, deyirəm gör əziz illər necə keçdi, –
Bəstəkarın evindəCahangir Cahangirova*Bəstəkar dost, dünən məni dəvət etdin evinə,
Başqa şairlərin şeirləri · Hicran
Qürbətdə kişi istəsə mavayi-qərib,Bir guşeyi-viranə irür cayi-qərib.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
OynasınSürmə çəkmiş siyah çeşmi-mestinəSəhab altdan çıxıb mahım oynasın
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.