Hər kəsin bir qəlbi varsa, mənim iki qəlbim var,Hər ikisi bir vüsalın həsrətilə çırpınar.Biri doğma Bakıdadır, biri ana Təbrizdə,Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə.

Biri burda karvanını sürür aya, günəşə,Biri orda varlığını atıb oda, atəşə.Biri burda tikir, qurur, xariqələr yaradır,Biri orda min əzaba sinə gəlir, yaradır.Biri burda kommunizmin təməlinə daş qoyur,Biri orda dərbədərdir, daş üstünə baş qoyur.Biri doğma Bakıdadır, biri ana Təbrizdə,Biri xoşbəxt, o birisi batıb qana Təbrizdə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran