İki yol
Səhifə 1 / 2
Faciə bir pərdədə
1922
İştirak edənlər
Mir Kazım Aqa. Şəhərin axundu, 65 yaşında.
Tükəzban. Onun arvadı, 40 yaşında.
Məhəmməd. Onun oqlu, 22 yaşında.
Külsum. Onun qızı, 17 yaşında.
Molla Fəttah. Məhəllə mollası Tükəzbanın qardaşı 60 yaşında.
Qünça. Onun qızı, Məhəmmədin nişanlısı, 18 yaşında.
Birinci pərdə
Səhnə Mir Kazım aqanın otaqını göstərir. Otaq Şərq səliqəsilə bəzənmiş. Pəncərələr qalın pərdələr ilə örtülmüş. Divan üstə şal mitəkkələr. İki böyük divar aynası. Külsum aynanın önündə durub özünə bəzək verir. Təzə paltarına baqır. Ora-burasını düzəldir. Bu vaqt anası daxil olur.
Külsum. Ana, donum gən tikilmiş, daraltmaq lazımdır.
Tükəzban. Qızım, gən olmaqın zərəri yoqdur, təki dar olmasın. Həmişə belə zəyif olmayacaqsan ki… ətə, qana gəlib dolacaqsan.
Külsum. Ay ana, nə deyirsən? Libas mənə tikilmiş ya mən libasa? Mən haçana kibi gözləyim ki, ətə, qana gəlib libas bədənimə görə olsun? Bəlkə heç kökəlməyəcəyəm.
Tükəzban. Nə üçün kökəlməyəcəksən? Allaha şükür, yemək-içməyimiz boldur.
Aqanın müridləri evimizi heç bir zaddan kəm-kəsr qoymayır. Hər bir yeyəcəyimizi yıqıb verirlər. Burada heç bir ehtiyacımız yoqdur. Qəssab Səfər də hər gün ət payımızı göndərir. Atanın da nəziri yüz-yüz gəlir.
Külsum. Anacan, dediklərin hamısı doqrudur, amma mən yenə də hala gəlmirəm. Bilirmisən buna səbəb kimdir?
Tükəzban. Kim olacaq? Sən özün, sənin tərsliyin. Nə qədər yalvarıram ki qızım, ye, iç hala gəl.
Həkim də buyurmuşdur ki, çoqlu süd və bol yumurta yesin. Amma sən bunların heç birinə əməl etmirsən.
Külsum. Xayır ana, mənim belə zəyif düşməyimə səbəb bunlar deyil. Siz atam-anamsınız! Quşu qəfəsə salan kibi, məni də bu otaqa salıb dustaq etmişsiniz. – Sən axund mir Kazım aqanın qızı Seidə xanımsan – deyə mənə hər bir şeyi nəhy etmişsiniz. Bu dərt divarın içi mənim dünyamdır! (Aqlayır.)
Tükəzban. Külsum, yenə sənə nə olmuş? Yoqsa bu gecə pis yuqu görmüşsən?
Külsum. Bəli, görmüşəm
Tükəzban. Xeyir ola, qızım, söylə görüm.
Külsum. Ana, yuqumda gördüm ki qardaşım Məhəmmədin toyudur.
Tükəzban. Doqru görmüşsən, qızım, aqan sabahkən mənə dedi ki: Tükəzban, bu həftə Məhəmmədin gəlnini gətirməli; çünki məhərrəm ayı yaqınlaşır. Mənim özüm də tələsirəm ki Qonçanı tez gətirək. Həm mənə kömək etsin, həm də sənə yoldaş olsun. Daha nə gördün, qızım?
Külsum. Gördüm ki evimizdə böyük şadlıqdır. Həmin bu otaqımız qonaq ilə doludur. Bir yanda mənim, bir yanda Məhəmmədin cavan yoldaşları oturmuşlar. Bir dəstə oquyan, çalan da hazırdır. Çalqıcılar çalırlar. Bir oqlan o cərgədən, bir qız bu cərgədən qalqıb oynayırlar. Onlar otururlar, başqaları rəqs edir. Sonra oquyan başladı. Ah! Heç olmazsa yuqumda isə də evimizdə bir şadlıq, bir toy gördüm!
Tükəzban. Kəs səsini, bihəya! Mir Kazım aqanın evində toy, balaban? Qızlar oqlanlar ilə oynamaq?
Külsum. Ay ana, mən nə edim? Yuqudur, görürəm. Mənim əlimdə deyil ki, görməyim. Bəs sən heç belə yuqu görməyirsən?
Tükəzban. Mən qələt edərəm, başımı daşdan-daşa dəyərəm, elə yuqu görmərəm. Görünür ki, sən elə şeylərdən fikir edirsən, yuquna da girir.
Aqan sənə du’a öyrətmiş. Nə üçün yatanda oqumursan ki, şeytan da yuquna girib sənə elə şey göstərməsin?
Külsum. Ana, yatanda dua da oquyuram, bismillah da deyirəm, amma yenə də belə yuqular görürəm. Mən nə edim? İxtiyar məndə deyil ki.
Tükəzban. Yaqşı, bəs dayın qızı Qünça nə üçün görmür? Çünki beş vaqt namazın heç birini keçirməyir, amma sən tənbəli mən hər səhər güclə durquzuram ki, sübh namazını qılasan.
Külsum. Anacan, elə bilirsən ki Qünça belə yuqular görmür? Vallah mənə elələrini naqıl edir ki, desəm qulaqlarını dutub qaçarsan?
Tükəzban. Kəs səsini, bihəya! Onu da sən xarab etmisən. Bu işlərin hamısına səbəb bu qonşumuz erməni kilfətidir. Özlərinə tay-tuş tapıblar! Erməni qızı Suruş!
Külsum (gülərək). Ay arvad, Suruş deyil, Siranuş.
Tükəzban. Eh, mən nə bilim. Kafir adı yadımda qalırmı ki, vallah atan bilsə ki erməni evinə gedirsən, aləmi bir-birinə vurar. Səni də öldürər. (Çıqır.)
Külsum (tək). Öldürsə, bir dəfəlik qurtulurdum. Ey kaş! Mir Kazım aqanın qızı olunca bir çoban qızı olaydım. Daqlarda, çəmənlərdə, təbiət üzərində yaşayaydım, çiçəklər dərəydim, şırlayan bulaqlara baqa idim, sərin sularından içəydim!.. (Aqlayır.)
(Məhəmməd daxil olur. Əmmamə və əbasını çıqarır.)
Məhəmməd. Bacım, aqlayırsan?
Külsum. Necə aqlamayım, qardaşım? Mənim qəlbim, ruhum, vücudum hamısı xəstə. Mərəzimdən xilas olmaq üçün bilirmisən mənə nə təklif edirlər?
Məhəmməd. Bilirəm, bacım, çoqlu süd iç, bol yumurta ye deyirlər.
Külsum. Bəli. Lakin mənim müaləcəm bumu?
Məhəmməd. Xayır, bacım, bu mərəzin müaləcəsi başqa şeydir. Bu mərəzə mübtəla olan tək bir sən deyilsən. Bütün islam qadınlarıdır. Bu xəstəlik iki nurdan məhrum qalmadan naşı baş vermiş, biri ruhu yüksəldən elm nurudur. Digəri günəşdir ki, ziyası ilə dünyanı tənvir edir. Heyvanata, nabatata həyat bəxş edir. Onsuz bu gözəl dünya dəhşətli bir zülmət olurdu.
Bu lətif, rəngin çiçəklər, güllər sənin kibi saralıb solub məhv olurdu. Bacım, sən qünça gülü o nurdan məhrum etmişlər. Sənə bu dəmdə o gözəl təbiət üzərində yaşamaq lazımdır, sənə gəzmək, gülmək, yemək, içmək, qonuşmaq lazımdır. Qəlbini əsla çıqmayıb hər zaman şad saqlamalısan.
Külsum. Doqru, fəqət bu mənə müyəssər deyildir; çünki mən müsəlman qızıyam. Müsəlman qadını üçün bu ne’mətlər yaranmamışdır. O başqaları üçün yaranmışdır. Bunları bizə nəhy etmişlər. Ah! Məhəmməd! Nə üçün mən binəva qızcıqazı oqutdun? Nə üçün mənə mənligimi anlatdın? Nə hacət ki söyləyirsən dünya gözəldir, genişdir, intihasızdır. Mənim dünyam, qardaşım, baq gör nə geniş, nə yüksək bir aləmdir. (Əli ilə otaqını göstərir.)
Bu səqf mənim yulduzlu səmamdır. Bu xalılar ilə döşənmiş yer mənim çiçəkli çəmənlərim, yaşıl ormanlarımdır. Bu divarlar da mənzərəli daqlarım, yüksək qayalarımdır. Qardaşım, burada dünyaya gəldim. Buradan da tezlik ilə məni aparıb qəbrə qoyacaqsınız.
Məhəmməd. Sus, sus bacım! Odlu qəlbimə yenidən atəş atma. Qadınlarımızın belə təbiətə müqayyir, hürr yaranmış nev’ bəşərə yaraşmaz halı məni çoqdan düşündürür. Çarə arayırdım ki, nə yol ilə onlara kömək edim. İndi tapmışam. Bacım, yəmin edirəm qadınlarımızın bu yolda tökülən qanlı göz yaşlarına. Yəmin edirəm sənin kibi hənuz qünça gül ikən saralıb solan gül çəhrələrinə. Yəmin edirəm sənin kibi belə zindanlarda, cəhalət zənciri altında sızlayan mə’sumələrə, sizləri bu əsarətdən xilas etmək yolunda cavan ömrünü qurban edim.
Külsum. Qardaşım, bir tək sən nə eliyə biləcəksən? Rüsvayi-cahan olub tələf olacaqsan.
Məhəmməd. Tələf olsam da bir cıqır açaram, taki məndən sonra gələn cavanlar da o yol ilə gedib axırı sizləri xilas edərlər. Ey cəhalət, ey yeddi yaşlı div! Hazır ol, Məhəmməd gəlir!..
(Mola Fəttah və mir Kazım aqa daxil olurlar.)
Mir Kazım aqa. Bacına yeddi başlı divdən naqıl deyincə əhkamidiniyyəni öyrətsən daha əfzəl olmazmı?
Məhəmməd. Ata, elə mən də bacıma ondan söyləyirəm, lakin əfsus! Axundlarımız o əhkami ya özləri anlamırlar, ya da anlayıb da qəsdən cəmaətə başqa suratdə yetirirlər.
Mir Kazım aqa (Külsuma). Sən bu danışıqa nə qulaq asırsan? Otaqına get! (Külsum çıqır.)
Molla Fəttah (istehza ilə). Bacı oqlu, görürəm sən yaqşı anlamısan! De görüm dinimizdə sənin kibi başını açıb tərk ədəblik edənə, yaxud başqaları kibi saçlarını uzadıb özlərini xaricilərə oqşadanlara nə nəzər ilə baqır?
Məhəmməd. Mən o barədə şəriətdə bir şey görməmişəm, olsa da dinə yoq bəlkə adətə, sihhətə dəxli vardır.
Molla Fəttah. Bacı oqlu, görürəm şəriəti axund molla Cəlaldan yaqşı təhsil etmisən! Mir Kazım aqaya dedim ki, qoy Məhəmmədi özüm oqudum. Dedi: — yoq, bacın oqludur. Səndən xof etməz. İndi buyur. Gör Cəlalın babı fikri Məhəmmədə nə xoş gəlir.
Mir Kazım aqa. Fəttah, səhv edirsən. Məhəmmədin əqidəsi elə deyil. O sən qoca dayısını mübahəsəyə çəkir, fəqət onu başqa bir zamana qoyunuz. İndi mətləb üstə gələk. Oqlum, dayın ilə belə qət’ etmişik ki, cümə aqşamı Qünçanı keçürək; çünki məhərrəmülhəram yaqınlaşır. Buna sən nə deyirsən?
Kitabxana.az · https://kitabxana.az/works/suleyman-sani-iki-yol
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim rəfiqim hər cəhətdən yaxşı bir insandır, lakin atalarımız: «Eyibsiz gözəl olmaz» demişdir. Mənim də rəfiqimin bircə eyibi vardır, o da qayət əsəbidir. Əslinə baxsan, bu da eyib deyil, modalı bir xəstəlikdir.İlk baharın sonunda rəfiqim təbiblərdən bir konsilium düzəltdirərək, xəstəliyinə çarə diləmiş. Həkimlər ona belə bir müalicə təklif etmişlər: «Bu üç ay yayı gözəl ab-havalı və az şənlikli bir kənd tapıb orada yaşamağı sizə məsləhət görürük. Bilmərrə oxu, yazı ilə məşğul olmayaraq, vaxtında yeyib, vaxtında istirahət etməlisiniz. Ümidvarıq ki, belə bir müalicə ilə xəstəliyiniz sizdən dəf olar».
NamusAxşam vaxtı idi. İyirmi yaşlı bir gənc həyəcanlı, bığlarını kəmirərək, otaqda o baş-bu başa gəzinir, öz-özünə söylənirdi.– Yox, daha səbir kasam dolub daşmış… öldürməsəm ürəyim sakit olmaz, düşmənlərimin tə’nəli baxışlarında, dostlarımın istehzalı təbəssümlərində bunu ayrıdan oxuyuram. Qoçu Sadığın oğlu Rəşid, qeyrətin, namusun harada qalmış?
«Yoluxma xəstəlik»İlk bahar… Mayın gözəl günlərindən biri idi. Ağaclar yaşıl paltara bürünüb, səhralar çiçəklərlə bəzənmişdi. Batumdan Tiflisə sür’ətlə hərəkət edən dəmiryol qatarı miniklərlə dolu idi. Bunların çoxu, səfərin bu gözəl mənzərəsindən istifadə edə bilmirdi; çünki Qara dənizin çılğın gəhgəhə ilə hayqıran fırtınalarından çox əziyyət çəkmişdilər. Onun üçün də indi kimisi uzanıb yatmış, kimisi də mürgüləyirdi.Bu vəziyyəti gənc Cəlil də çəkmişdi. Lakin öz yorğunluğuna baxmayaraq, kupe pəncərəsini qaldırıb baharın saf havasını dərindən tənəffüs edirdi. Hər anda mənzərəsini dəyişən təbiət onda başqa hiss və tə’sir buraxırdı.
İki dost, iki düşmənAvqustun isti günlərindən biri idi. Mə’dənçilərin istirahət evində nahardan sonra xəstələrin bir taqımı bağçada kölgəli ağacların altında oturub söhbət edirdilər. Bunlardan Rəhman adlı bir işçi vətəndaş müharibəsində zühur etmiş bir vəqəni yoldaşlarına nağıl edirdi. Onlar da oturub artıq diqqətlə onu dinləyirdilər. Bu dəmdə istirahət evinin həkimi əlində qəzet, odasından çıxıb bağçaya gəldi. Onu gördükdə Rəhman səsini kəsdi.– Yoldaşlar, nə üçün istirahət evinin qanununu pozursunuz? Taxtınızda uzanıb rahat olmalısınız, – deyə həkim onları məzəmmət etdi.