Ay əsgər anası, gözlərin aydın!Şad xəbər qapını döyməyə gəlib.Əsgər paltarında gedən övladınBəylik paltarını geyməyə gəlib.

Bir yüngül qədəmli gəlin soraqla,Qaynana olmalı çağındır sənin.O, top-tüfənglə yox, çəkic-oraqlaUcaltsın başını ana Vətənin.

Baxıb övladına sən də cavanlaş,Başına yığılsın nəvə-nəticə.Nə qəlbində həsrət, nə gözündə yaş,Sakitcə arxayın yuxla hər gecə.

Ömrünə, gününə şirinlik qatıb,Yüz sevinc, yüz şadlıq borcu var hələ.Əsgəri borcunu verib, qayıdıb,Qabaqda övladlıq borcu var hələ.

Vüqarı dağlarla olsun tən onun,Buğda xaralları qalansın çin-çin.Barıt iyi gələn əlindən onunBu gün çörək ətri, gül iyi gəlsin.

Bağrı tuş olmasın qəfil mərmiyə,Dağların bağrını mərmiylə yarsın.Səngərlər qazmasın qorunum deyə,O, qazıb torpağı mədən axtarsın.

Avna ürəyində gəzir xoş dilək;“Hərb deyib, döşünə döyən olmasın.Sonuncu əsgər də gəlsin balantək,Əsgər anasıyam deyən olmasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri