Gəz indi
Atasınnan, anasınnan,Gül gəzindi, gül gəzindi.Atasınnan, anasınnanGül, gəz, indi, gül, gəz, indi.
Yarı ağ libada gördüm,Yarı ağlı badə gördüm,Yarı ağlı bada gördüm,Gülgəzindi, Gülgəzindi.
Sən məni ağlama da gör,Sən məni ağlamada gör,Sən məni ağlamada gör,Gülgəz indi, Gülgəz indi.
Bu işdə əyandı Abbas,Bu iş də dayandı Abbas,Bu iş də də yandı Abbas,Gül, gəz indi, gül, gəz indi.
Kitabxana.az · https://kitabxana.az/works/tufarqanli-gez-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ustadımdan dərs almışam, ağlı kamallı yüküm,Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm,
Bilirdi gərçi bütün dillərin nə olduğunuSəfayi-təblə, həm elmü qüdrətilə nəbi.
Uşaqdır ("Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!")Ay başı daşdı kişi, dinmə, uşaqdır uşağım!Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!
Nizaminin övladına nəsihətiEy on dörd yaşa ermiş nuri-çeşman!Oğul! Kəsb eylə elmi-dinü əbdan.