Ey könül, hər kəsə öz istədiyi yarı gərək
Ey könül, hər kəsə öz istədiyi yarı gərək,Bülbülə öz gülü, öz sevdiyi gülzarı gərək.
Yar üçün aşiq edər naləni, bülbül gül üçün,Hər şeyin, doğru demişlər ki, xiridarı gərək.
Məni əğyar ayırıb sevgili cananımdan,Mən düşən günlərə tanrım sala ağyarı gərək.
Mən ki öz dilbərimin lalə yanağın sevirəm,Mənə dəhrin nə səfası, nə çəmənzarı gərək.
Məncə, dünyada təbiət yetirən bir gözəlinZinəti olmasa da, doğru, düz ilqarı gərək.
Təzəsən, gül kim tərsən, səni hər kimsə sevir,Gözəlim, xalqa baharın yeni novbarı gərək.
Həmdəmin olsa da gülçöhrə, o bir şərt deyil,Həmi xasiyyəti göyçək, həmi rəftarı gərək.
Vahid, istərsən əgər, məclisimiz xoş keçsin,Zülfünün “Orta segah”ı, Paşanın tarı gərək.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ey-konul-her-kese-oz-istediyi-yari-gerek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Keçsəydi xoş günüm əgər ol gülüzar ilə,Əğyarə minnət etməz idim ahü zar ilə.
Görsəm, ey gül, ölərəm bir də səni xariləGörsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
Sevimlisən, gözəlim, gəzmə bivəfalar iləSevimlisən, gözəlim, gəzmə bivəfalar ilə,Məhəbbət ilə dolan yarü-aşinalər ilə.
Xoş ol aşiqə kim, ömr edər məhəbbət iləXoş ol aşiqə kim, ömr edər məhəbbət ilə,Həyatını keçirər zövqü eşqü ləzzət ilə.
Başqa şairlərin şeirləri · Eşq
Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
HicranAyrılıq dediyin duzlu bir sudur,içdikcə köz kimi yandıracaqdır.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.