Ey dil, fəraqi-yaridə əfğan edəm gərək,Hicran oduyla ta səni büryan edəm gərək.

Zülfi-nigarı boynuma zəncirtək salıb,Məcnun kim bu çölləri cövlan edəm gərək.

Ləli-ləbindən ayrı düşən binəva mənəm,Bülbülsifət fəraqdə dil qan edəm gərək.

Əhd etmişəm zəmanədə vəslin bahasına,Xaki-rəhinlə cismimi yeksan edəm gərək.

Ey dil, fəraqi-yarə edib səbr, eşqiməƏğyari-ziştixuləri heyran edəm gərək.

Vahid, o qədər nalə edib, ahü zaridənƏhli-cahanı hali-pərişan edəm gərək.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq