Mail oldu könlüm ol mahin ruxi-zibasinə,Payibənd oldu siyəh geysuyi-müşkasasinə.

Kilki-qüdrət dişlərin tərhin yazıb Quranidə,Bilmək istərsən əgər, bax ibtidayi-Yasinə.

Bənd olub bir Leylivəş yarın kəməndi-zülfünə,Ruzü şəb Məcnunsifət düşdüm bəla səhrasinə.

Yar ilə həmbəzm olub, gər mey içəm meyxanədə,Zahidin verməm o bəzmi-cənnəti-üqbasinə.

Ey ləbi qönçə, çıxar varü yox əldən, hər o kəs,Gər düşə məntək səri-geysulərin sevdasinə.

Qəm əlindən sərvim azad etmədi bir dəm məni,Zülm edib baxdı rəqibin hiyləvü fitvasinə.

Yarı əğyar ilə görməkdənsə, Vahid, yaxşıdır,Qərq ola bu zövrəqi-cismim bəla dəryasinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq