Mənə hərdən baxır ol sevgilim biganə-biganə
Mənə hərdən baxır ol sevgilim biganə-biganə,Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Əli daşlı uşaqlar düşmüş arxamca, deyirlər ki,Budur zənciri-zülfə bağlanan divanə-divanə!..
Gülüzlü yar ilə həmsağər olmaqdan budur qəsdim:Ürək sirrin ona şərh eyləyim məstanə-məstanə.
Görüb rüsvayi-aləm olduğum tən eyləyən çoxdur,Düzəldibdir hərə həqqimdə bir əfsanə-əfsanə.
Dil açmış şölədən guya, axıtmış şəm göz yaşı,Yanarsan, ehtiyat ilə dolan, pərvanə-pərvanə!
Nə qalmış mülki Daranın, nə təxtü taci Cəmşidin,Hanı Şəddad, Firondan qalan kaşanə-kaşanə?
Vəfadan dönmərəm, Vahid, əgər yüz min bəla çəksəm,Varam canan yolunda mən yenə mərdanə-mərdanə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-mene-herden-baxir-ol-sevgilim-bigane-bigane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əzizim, sevgilim, nazlı nigarım,Züleyxadan gözəl istəkli yarım.
Dedim ki, bir neçə söz yari-məhcamalə yazımDedim ki, bir neçə söz yari-məhcamalə yazım,Dəyişdim hicr qəmin ləzzəti-vüsalə yazım,
Tənuri-atəşi-eşqində yandım, dilkabab oldumTənuri-atəşi-eşqində yandım, dilkabab oldum,İlantək qıvrılıb zülfündən ayrı piçtab oldum.
Ləbin şövqilə, ey gül, maili-cami-şərab oldumLəbin şövqilə, ey gül, maili-cami-şərab oldum,Olub məsti-meyi-eşqin, əcəb xanəxərab oldum!