Olsaydı müyessər, gözəlim, yarın olardım
Olsaydı müyessər, gözəlim, yarın olardım,Hər ləhzə qəmin çəkməyə qəmxarın olardım.
Hər şəb dolanıb sübhə kimi şəmcəmalın,Pərvanə kimi, talibi-didarın olardım.
Mümkün ki deyil, bir də gəzim gülşəni-kuyin,Mümkün gər olaydı, yenə zəvvarın olardım.
Ey tutivəşim, ayineyi-hüsnünü görcək,Aludeyi-ol ləli-şəkərbarın olardım.
Məcnun kimi daim, səri-kuyində gəzərdim,Ömrüm nə qədər varsa pərəstarın olardım.
Yusif kimi versəydilər didarına qiymət,Can nəqdi ilə mən də xiridarın olardım.
Vahid, səri-kuyində gəzərdim gecə-gündüz,Ey məh, bu əda ilə diləfkarın olardım.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-olsaydi-muyesser-gozelim-yarin-olardim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mail oldu könlüm ol mahin ruxi-zibasinə,Payibənd oldu siyəh geysuyi-müşkasasinə.
Məcnuna deyən yoxdur: “Ey aşiqi-biçarəMəcnuna deyən yoxdur: “Ey aşiqi-biçarə,Leyliylə nə karın var, qoysun səni avarə”?
Hər kim mənə tən eyləsə meyxanələr içrəHər kim mənə tən eyləsə meyxanələr içrə,Qan olsun onun badəsi peymanələr içrə.
Ey namə, tez yetir özünü yar olan yerəEy namə, tez yetir özünü yar olan yerə,Bülbüldən ərzi-hal elə, gülzar olan yerə.