Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!
Qara zülfün o məhrüxsarə, ey gül, sayəban etmə!Hilalı zülməti-şəbdə bulud içrə nihan etmə!
Ləbindən dişlədim – qan eylədim, sanki xəta qıldım,Amandır, zalım olma, tökmə qanım, qanə qan etmə!
Güli-ruyindəki xali-siyəhdən ehtiyat eylə,Behiştin bağına hindunu, gözlə, bağiban etmə!
Qəmindən təngə gəldim, sərv boylum, böylə naz olmaz,Tərəhhüm eylə, kuyində gözüm yaşın rəvan etmə!
Könül, vəhm eylə canından, düşərsən seydvəş damə,Gedib hər nakəsin zülfün özünə aşiyan etmə.
Apardı könlümü zülfün, a zalim, barı insaf et,Heç olmazsa, alıbsan könlümü, gəl qəsdi-can etmə!
Rəqibin başqadır kuyində gəzməkdən təmənnası,İnanma, sevgilim, hər xainə, məhrəm güman etmə!
Özün, Vahid, müqəssirsən, sənə canan nə cövr etsə,Könül vermə gözəllər zülfünə, ahü fəğan etmə!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-qara-zulfun-o-mehruxsare-ey-gul-sayeban-etme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Salıbdır, dilbəra, zülfün üzündə sayə hər yanə,Görünmür taği-əbrulər, düşübdür bəs ki pünhanə.
Mənə hərdən baxır ol sevgilim biganə-biganəMənə hərdən baxır ol sevgilim biganə-biganə,Qızıl qanlar içirdir könlümə peymanə-peymanə.
Aşiqəm hüsnünə, ey gül, deyiləm biganəAşiqəm hüsnünə, ey gül, deyiləm biganə,Yanıram atəşi-eşqə, necə bir pərvanə.
Zülm qılma, gözəlim, rəhm elə, gəldim canəZülm qılma, gözəlim, rəhm elə, gəldim canə,Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.