Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir
Sevgilim, eşq olmasa, varlıq bütün əfsanədir,Eşqdən məhrum olan insanlığa biganədir.
Sevgidir, yalnız məhəbbətdir həyatın cövhəri,Bir könül ki, eşq zövqün duymasa, qəmxanədir.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Qoy Vətən daim işıqlansın gözəl bir şəm tək,Könlüm ol şəmin ziyasın seyr edən pərvanədir.
Nazənin, rəna gözəllərdir baxırsan hər yana,Bəs bu torpaq indi bir cənnət deyil, aya, nədir?
Ölkəmizdə gör nələr var, başqa bir aləmdəyik,Hər çiçək bir nazənin, hər qönçə bir cananədir.
Vahidəm mən, sevgilim, məndən xəyanət görməzsən,Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-sevgilim-esq-olmasa-varliq-butun-efsanedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Səni gördükdə dedim: – Xosrovi-xubandır bu,Bu vəcahətlə, həqiqət, məhi-Kənandır bu.
Dindirmədi, ey dil, səni canan, əcəb oldu!Dindirmədi, ey dil, səni canan, əcəb oldu!Etdin nə qədər naləvü əfğan, əcəb oldu!
Mənimlə mehriban yarım nədən namehriban oldu?Mənimlə mehriban yarım nədən namehriban oldu?Uyub biganəyə öz aşiqindən bədgüman oldu.
Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Ey gül, səni axır, bilirəm, öyrədən oldu!Saldın məni hicranə, bu bilməm, nədən oldu?
Başqa şairlərin şeirləri · Eşq
(Bəhri-təhvil)Qadanı alım, başına dönüm, cahan qədər yaşına dönüm, torpağına daşına dönüm, göydə uçan quşuna dönüm, baharına qışına dönüm, ey Ana yurdum, o zamandan ki, sənin mən qucağında yuva qurdum, dedim, ey yurd, mənimsən, vətənimsən, diri olduqca libasım, əgər ölsəm kəfənimsən və mənimsən ki, səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə, ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də, xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar, fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə, gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dıta, guya acığa zəbt edəcəkdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı həm də Qubadlı, Laçın, Ağdam və Füzuli kimi çox-çox şəhəri.
Gəraylı: Fələk, sənə nə adətdirFələk, sənə nə adətdir,Ayrılmaq yarı yarından,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Mürəbbə: Nə fəğan eylərsən, ey dəli könülNə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.