Qulaqlarında laylay,Çoxları hələ subay,Qız əlindən tutmayıb,Arzu-kama çatmayıb,Getdilər bu davayaQarayanız balalar,Neçə il, neçə aya?Analar qaldı evdəGünləri saya-saya...

Fələyin atdığı daşBizim yuvaya düşdü,Vətən davaya düşdü.Baxtınızı, balalar,Qurban olum, söyməyin,Qələbəylə qayıtsaz,Özünüzü öyməyin,Qurban olum, öyməyin,Evə şikəst gəlməyin...Bığ yeri tər balalar,Ürəyi nər balalar,Balaca ər balalar,Yurda nökər balalar,Bizim əsgər balalar...*

1996

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri