Bu dəfə Rəcəbəlinin qonaqlığı mənə haram oldu. Məclis arəstə, bir-iki istəkan atma şirin çaydan sonra qonaqlardan birisi başladı ki, Dərvişə layiq deyil yalan demək. Birisi rişxəndlə buyurdular ki, bizim Dərviş yalan gopuyan dərvişlərdən deyil.

– Ağalar! Eyhamla danışmaq lazım deyil, buyurunuz görüm, mən nə vaxt yalan demişəm? Allah lənət eləsin yalan deyənə, dilim lal olsun, hərgah mən ömrümdə yalan demiş olsam. Səhvim olub, doğrudur, amma yalanım olmayıb deyim mən.

– Yavaş, ağa Dərviş, fəda olum sənə, yazmamışdın ki, cənabi Məşədi Nemətqulu və Kərbəlayı Ağa Hacı hərəsi on min manat ianət ediblər elm kitabları müsəlman dilində çap olmaqdan ötəri? Bəs hanı o? Belə məlum olur ki, sən camaatı ələ salmısan. Ağa Dərviş, sərhesab ol, yaxşı deyil.

– Xeyr, bu işdə yalan yoxdur. Haman cənablar “Həyat” qəzetində elan ediblər elm kitabları yazan, ya tərcümə edən şəxslərə iki yüzdən üç yüz manata qədər verilsin. Və o kitablardan on min cild çap olunsun cəmi məktəbxanalarımız üçün. Məni nahaq yerə məzəmmət edirsiniz, ağalar!

– Xa, xa, xa!.. Xa, xa, xa! Məşədi Nemətqulu on min manat? Kərbəlayı Ağa Hacı on min manat? Xa, xa, xa!.. Altı şahı manat qara pul necədir, ağa Dərviş? Xa, xa, xa!..

– Belə ağ yalan olmaz, ağa Dərviş. “Həyat” qəzetini bizim qalalı gətirdir, məhəllə adamı yığılırıq başına otuz-qırx nəfər oxuyur, biz də qulaq asırıq. Bağışla, ağa Dərviş, belə elanı biz orda görməmişik.

– İmdiyə kimi verməyiblərsə də, bundan sonra hasil olar inşallah, yalan yoxdur.

– Belə deyil, ağa Dərviş, – buyurdular sahibi-xanə. – Biri elə mən özüm, zəhmət çəkib pul qazanmışam ki, səbil edəm? Kim üçün və nədən ötrü? Mən qana bilmirəm.

– Vay, vay, ağalar! Min bin zindəganı millətlər arasında dünyayi-aləmə vəlvələ salıb, hər yerdə müsəlman tayfaları zəlifü-bədbəxt, qeyrilərə qul!.. Məgər qardaşlarımızı cəhalətdən çıxarmaq, insaniyyət yoluna salmaq ibadətdən deyil? Rəcəbəli ağam! Yaramın üstə sən od basdın, belə deyil, fəda olum sənə?!

– A gədə, əl suyu gətir! Ağa Dərviş, səbrini bas, dünya işidir, belə gəlib, belə gedəcək.

Araya gəldi xamraşı, başlar əyildi, xortullama başladı, bir tək mənim boğazım qurudu... Amin.

Qalxdım ayağa, üz qoydum mənzilə, dilimdə əzbər: Libasi-tirməyə, xəz xirqəyə allanma! Huşyar ol ki, qüssalxanada qüssal rəxtini soymağa dəyməz.

“Həyat” qəzeti, 12 iyul 1905, №26

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Balaca mütəfərriqələr 43

Üzüm tutdum sərvət əhlinə, əlaman etdim: Qardaşlarım! Yazıq balalarımız elmsiz, tərbiyəsiz küçələrdə bisərü pa qalıblar, kömək ediniz, qoymayınız ki, payimal olsunlar... Süründüm əsnaf qapısına, səsləndim: ay yoldaş, gəldim; tüccarə yalvardım: atam, rəhminiz gəlsin millətə, qoymayınız ayaq altında qalsınlar. Nalə etdim ki, ay qardaş:Qonşu köçdü, biz qaldıq,

19111 dəq
Balaca mütəfərriqələr 44

Doğru buyurursan, kərbəlayı, amma “bağa çanağından çıxıb, çanağın bəyənmir” – məsəlinin qeyri-mənası da var. Bizim ata-babalarımız bir çuğun aftafada darçın, zəncəfil çayı qaynadıb içiblər. Hətta bu növ çay çox adamlara məqdur olmayıb. Qəddin arxalıq, naşur tuman geyib, ayaqda başmaq ilə ömr keçirdiblər. O zamana keçib gedib. Atam, indi çal papaqlar başlarda, ayaqda cır-cır çəkmə, libas ala firəngi. Guya ki bu cənablar Paris darülfünunlarında elm təhsil edib kurs qurtarıblar.Bu sözləri ərz etməkdə mənzurum budur ki, sənə zəmanənin dəyişməyindən söhbət edim. Aşkar görünür ki, ömr və zəmanə insanı həmişə çanaq altında qalmağa qoymur.

19112 dəq
Balaca mütəfərriqələr 45

Keçən pəncşənbə günü dövrədən mənzilə qayıdan zaman bəndəyə bir cənab rast gəlib mənə hücum etdilər.– Ağa Dərviş! Nə tutmusan bizim yaxamızdan, qardaş, əl çəkmirsən? “Uşaqlarınızı oxudunuz, nicatımız elmdədir” – deyərək bizi təngə gətirdin... Atam, bəs deyilmi?!

19112 dəq
Balaca mütəfərriqələr 46

– Yenə nə olub, ağa Dərviş, əhvalını pərişan görürəm?– Əhvalım pərişandan pərişandır. Bu gecə sübhədək yatmamışam. Ancaq göz yaşına elə güc vermişəm.

19112 dəq

Başqa şairlərin şeirləri