Müəllimlik
Müəllimlik — bu bir incə sənətdir,Bu yolu hər gedən olmalı incə.Saralmaz bir çəmən o göyərincə,Həyata pək yaxın bir məhəbbətdir.
Almanlar etmişdir çox kərə təkrar –Mənimdir gələcək… müəllimim var…Dinlə vətəndaşım! Belə bir şüarHər qəlbə tac verən bir fəzilətdir.
Qələlər, zindanlar, qorxunc diləklər,Atəşli vicdanlar, çılğın ürəklər,Üfqündə məbud bir boşluq bəklər,Baxdım keçmişlərə, bu həqiqətdir…
Ey göylər suları, sən boşalma, dol!Tutduğun çiçəkli, reyhanlı bu yolHər qəlbə sevinclər vəd edər bol-bol…Bu günün qayəsi çünki zəhmətdir.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-muellimlik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey gözəlim, səni sevəndən bəri,Əcəb işdir, fəldən-fələ düşmüşəm,
Qurban olum mənDünyanın ən gözəl günüdür bu gün,Çəmənlər laləli, çiçəklər gülgün.
DüşmüşəmBilin, dostlar, çarəsizdir dərdlərim,Qəm içində ahü zara düşmüşəm.
Vətənimizə bir neçə sözBahar oldu, ey sinədağlı çəmən!Göz aç qəmdən, ey xaki-paki vətən!