Bu gün daha bəxtiyardır sinəmdə ürək,O, "yaz!" deyir, "yarat!" deyir mənə müttəsil.Başdan-başa silahlanmış bir qəhrəman tək,Yurdumuza ayaq basır qırx beşinci il...Bu təzə il şərəfinə məclis qurulur,Yenə sənət piyaləmi doldururam mən...Gecə keçir... Günəş doğur... Zülmət durulur...İlk baharın müjdələri keçir qəlbimdən.Ayrılıram bir anlığa düşüncələrdən,Unuduram bu məclisi, bu səadəti.Çünki gəlir gözlərimin önünə birdənBir dostumun səhər üzlü insan surəti.Gözəl dostum! Mən evdəyəm, sənsə uzaqda...Bəlkə bu dəm şinelinə səpələnir qar.Mənim təbim dil açdıqca isti otaqda,Səni bir dağ ətəyində döyür boranlar...Yox! Bəlkə də bir torpaqlı daxmacıqda sənBir kitabça varaqlayıb məni anırsan?De, bəlkə də ürək yanır öz nəfəsindən,Sevgilini yada salıb alovlanırsan?Uzaqdasan... Görməyirəm... Bəlkə də bu anQar üstündə sürünürsən bizdən aralı.Sən uğursuz bir güllənin ağrılarındanZarıyırsan pələng kimi, sinən yaralı.De, bəlkə də od içində bu gecə yarı,Söndürürsən yandırılmış bir xanimanı.Ya da, dostum, o yanğının tünd alovlarıİşıqladır qara geymiş bir asimani.De, bəlkə də qabağında bir dəstə yağıBoyun büküb əsir gəlir... Sənsə vüqarlaAnıb yenə ana yurdu, ana torpağı,Yerə-göyə sığmayırsan min iftixarla!..

Uzaqdasan... Görməyirəm surətini ah!..Qış vaxtıdır... Gödəlmişdir hicran günləri...Budur... budur, pəncərədən boylanır sabah...Surətinə yazılmışdır insan hünəri.Bu təzə il məclisinə göz açır səhər,Al günəşin ilk şəfəqi yayılır dağa.Bu vaxt sənin sağlığına dinir qədəhlər,Bütün məclis ehtiramla qalxır ayağa...Mənsə şerə nəqş edirəm bu diləyimi:Ötərgidir şərablardan qopan ehtiras...Sənsə məni qardaş kimi öz bağrına bas!Sənə sovqat göndərirəm öz ürəyimi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri