Bütün Bakı fikirdədir, göy sükutda, dəniz lal...Nə meh əsir, nə titrəyir ağacların yarpağı.Hər ürəkdə bir döyüntü, hər baxışda bir sual...Bu gün çatmış qaşlarını Azərbaycan torpağı.

Vətən oğlu! – Bu iki söz dodaqlarda yandıqca,Hər ürəyin telləri də qəmli-qəmli saz tutur.Vətən mülkü öz oğlunu ana kimi andıqcaAğır dağlar fikrə gedib, öz qəlbində yas tutur.

Cəbhədəsə, bizdən uzaq, Həzi! – deyən hər əsgərO tabutun qarşısında diz çökərək and içir.Tanklar uçur, ordu keçir, darılmışdır üfüqlər,İntiqamın yanan qəlbi şaxta udur, qar içir.

İllər keçir... Yaşa dolur süd ağızlı körpələr,Nəsil-nəsil ürəklərdə yuva salır qəhrəman.Şəfəq saçır türbəsinə min səadət, min səhər,Bu əməllə, bu eşq ilə o keçdi öz canından.

Rəssam alıb fırçasını xəyallara qərq olur,Bahar kimi şəfəqlənir qəhrəmanın surəti.Könüllərdə söhbət olub neçə məclis qurulur,Alqış deyir mərd oğula şerin, sözün qüdrəti.

Qərinələr arxasından Cavanşir də, Babək dəQılınc ilə salam verir bu müqəddəs türbəyə.Göydə günəş şölə saçır, nəğmə tutur külək dəYerdə insan nəfəs alır, qəhrəmana eşq! – deyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən