گر به عیار کسان از همه کس کمتریمهیچ کسان را به نقد از همه محرم‌تریم

گر به امیدی که هست دولتیان خرم‌اندما به قبولی که نیست از همه خرم‌تریم

گر تو به کوی مراد راه مسلم رویما به سر کوی عجز از تو مسلم‌تریم

صاف طرب شرب توست چون که فراهم نه‌ایدُردی غم قوت ماست وز تو فراهم‌تریم

غصهٔ تلخ از درون خندهٔ شیرین زنیمروی ترش چون کنیم نز گلِ تر کمتریم

گر تو چو بَلعَم به زهد لاف کرامت زنیما ز سگی دم زنیم وز تو مکرم‌تریم

خرمن عمر ای دریغ رفت به باد محالدر خوی خجلت ز عمر از مژه پرنم‌تریم

گرچه بهین عمر شد روز به پیشین رسیدراست چو صبح پسین از همه خوشدم‌تریم

گفتی خاقانیا کز غم تو بی‌غمیمگر تو ز ما بی‌غمی ما ز تو بی‌غم‌تریم

Bəzilərin fikrincə alçaq olsaq hamıdan,
Lakin xalqın içində bizik nəcib bir insan.
Dövlətlilər şaddırsa qəbul zamanı əgər,
Qəbulşuz da biz olluq möhtərəm, üzü xəndan.
Əgər sən muradına çatmaqla fəxr edirsən,
Bu icz ilə biz səndən artıq olluq kamran.
Əgər meylə keflisən, bil, səndən daha artıq,
Qəlbimizə kef verir öz qəmimiz hər zaman.

Qəlbdə acı qüssələr, üzdə şirin xəndəmiz,
Heç üzümüz turşumaz, gül kimiyik - ərğəvan.
Zöhd ilə göstərirsən kəramətli özünü,
Biz də bu minval ilə yüksəlirik anbaan.
Heyf ki, getdi bada ömrümüz, oldu hədər,
Ömrə təəssüf deyə, göz yaşı oldu nişan.
Keçdi keçən günlərim, qaldı gələn günlər ah
Hər açılan sübhə Gün nuru olar ərməğan.
Söylədin: "Xaqaniya, dərdini dərk etmirik",
Biz daha azadəyik, ey bizə laqeyd olan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri