چه کرد این بنده جز آزادمردیکه گرد خاطر او برنگردی

به دل گفتی نخواهم جَست، جَستیجفا گفتی نخواهم کرد، کردی

همه بر حرف هجران داری انگشتچه باشد این ورق را درنوردی

دل من مست توست او را میفکنکه مستان را فکندن نیست مردی

کجا یارم که با تو باز کوشمکه تو با رستم ای جان هم‌نبردی

چه سود ار من رسم در گرد اسبت؟که تو صد ساله ره زآن سوی گردی

برای آنکه نقش تو نگارنددل خاقانی آمد لاجوردی

Mərdlikdən savayı nə günahım var,
Ki, məni illərlə anmırsan, ey yar?!

Dedin ki, qaçmaram, yenə də qaçdın,
Dedin: zülm etmərəm, oldun zülmkar.

Hicran sözü üstə durur barmağın,
Çevir bu vərəqi bir yol, nə olar?

Sənin sərxoşundur, yıxma könlümü,
İgid sayılmayır sərxoş yıxanlar.

Döyüşdə Rüstəmdir tək bərabərin,
Məndə o güc hanı, vuruşdan nə kar?

Atının tozuna çatsam, nə fayda?
Arada yüz illik bir məsafə var.

Sənin surətini rəsm etmək üçün,
Xaqaninin qəlbi qan olmuş, nigar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq