مرا تا جان بود جانان تو باشیز جان خوش‌تر چه باشد آن تو باشی

دل دل هم تو بودی تا به امروزوزین پس نیز جان جان تو باشی

به هر زخمی مرا مرهم تو سازیبه هر دردی مرا درمان تو باشی

بده فرمان به هر موجب که خواهیکه تا باشم، مرا سلطان تو باشی

اگر گیرم شمار کفر و ایماننخستین حرف سر دیوان تو باشی

به دین و کفر مفریبم کز این پسمرا هم کفر و هم ایمان تو باشی

ز خاقانی مزن دم چون تو آئیچه خاقانی که خود خاقان تو باشی

Canım nə qədər var, mənə canan sən olarsan,Candan da əziz olsa bir insan, sən olarsan.Sən indiyədək qəlbim üçün qəlb idin, ey yar,Bundan sora da canım üçün can sən olarsan.Hər yarəm əgər olsa, onun məlhəmi sənsən,Hər dərdim olarsa, ona dərman sən olarsan.Könlün necə istərsə, elə ver mənə fərman,Ömrüm nə qədər var, mənə soltan sən olarsan.Eylərsən əgər şerhini iman ilə küfrün,Baş hərflə sərlövhəyi-divan sən olarsan.Bundan belə aldatma məni küfrlə, dinlə!Xaqaniyə həm küfr, həm iman sən olarsan.Xaqani nədir? Gəlsən əgər, ey gözü şəhla!Əlbəttə ki, Xaqaniyə xaqan sən olarsan.48.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə