عقل در عشق تو سرگردان بماندچشم جان در روی تو حیران بماند

در ره سرگشتگی عشق توروز و شب چون چرخ سرگردان بماند

چون ندید اندر دو عالم محرمیآفتاب روی تو پنهان بماند

هرکه چوگان سر زلف تو دیدهمچو گویی در سر چوگان بماند

هر که سر گم کرد و دل در کار توچون سر زلف تو بی‌سامان بماند

هرکه یک‌دم آب دندان تو دیدتا ابد انگشت بر دندان بماند

هرکه جست آب حیات از لعل توجاودان در ظلمت هجران بماند

گر کسی را وصل دادی بی‌طلبدیدم آن در درد بی‌درمان بماند

ور کسی را با تو یکدم دست بودعمرها در هر دو عالم زان بماند

حاصل خاقانی از سودای توچشم گریان و دل بریان بماند

Eşqin ilə, dilbərim, bax, əql sərgərdan qalıb,
Görcəyin gül çöhrəni, can gözləri heyran qalıb.
Eşqinə düşmüş məgər gündüz, gecə bu çərxtək,
Tutmayır aram, odur avarə, sərgərdan qalıb.
Hər iki aləmdə, çünki, görmədi bir aşina,
Ol Günəş misli cəmalın pərdədə pünhan qalıb.
Kim görübsə zülfunün çovqanım, bir top kimi,
Başı meydanda onun çovqanına qurban qalıb.
Kim itirsə başını, versə könül sən dilbərə,
Halı zülfüntək pərişan, kan bisaman qalıb.

Kim görübsə səndəki ağ dişləri bir an belə,
Dişləyib barmağını, ömrü boyu heyran qalıb.

Kim sənin vəslində bir abi-həyat axtardısa,
Ömrü varkən dəstgiri-zülməti-hicran qalıb.

Hər kimə vəslin nəsib olmuş tələbsiz, dəhrdə,
Bir sağalmaz dərd ilə, gördüm ki, bidərman qalıb

Sən kimə verdin könül - oldu cahanda kamyab,
Bu səbəbdən hər iki aləmdə cavidan qalıb.

Bil, sənin eşqində, ey dilbər, yazıq Xaqaniyə,
Ağlayan gözlər qalıb, bir də dili-büryan qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq