Eşq odu yamandır, ey xirədmənd,Bu bəndə dolaşma, gəl eşit pənd.Eşq uğraşur olsa kuhi-Qafə,Ənqa qıla Qafə irtihafə.Gər eşqi götürsə nöh fələklər,Çərx üzrə fələk yana, mələklər.Gər eşqin odu düşər zəminə,Suzi yetə ərzi-həftüminə.Bir zərrəcə eşq canə düşsə,Ya rəglər içində qanə düşsə,Bir dəm tən içində durmaya can,Həm rəglər içində xüşk ola qan.

Gər atəşi-eşq başə düşsə,Bir zərrəcə suzi daşə düşsəQatlanmaya ana, çatlaya daş,Meydani-həvadə oynaya baş.Gər atəşi-eşq dilə düşsə,Bir qətrəcə bəhri-Nilə düşsə,Bir ləhzədə oda yana dillər,Hirqətdə quruya bəhri-Nillər.Gər eşqin odu düşərsə bəhrə,Səbr etməyə bəhr uş bu qəhrə.Ol oddur odu çıxardı daşdan,Əqli gəlicək apardı başdan.Ol oddur o kim, Xəlili NəmrudBa Məncəniq atdı anə çün dud.Eylərdi ol od Xəlili Möhrəq,Yanar günüdə deməsə “ya həq”.Uğraşdı ol od beqəlbi-MəcnunFərhadı ğəm ilə qıldı məhzun.Vətfindən anun yetərdi neylər,Fərhadə son ucu gör ki, neylər?Oldur ki, ana sataşdı həllac,Mahmud misali sahibi-tac.Bir darə birini mənzər etdi,Bir qula birini çakər etdi.Oldur ki, ana yıxıldı Yə’qub,Həm çəkdi anın bəlasin Əyyub.Ağlatdı birini, kur qıldı,Birin bəlaya səbur qıldı.Bir oda sataşdı Şeyx Sən’an,Həm cani-Züleyxa Misrə sultan,Ol birini kafir etdi, bidin,Ol biri şəh ikən oldu miskin.Bu eşq ilə kim, əsir boldum,Dər vəqti-cəvani pir boldum.Qalmadı dəxi tənimdə taqət,Qəsd etdi mana hücumi-firqət.Eşq oduna bir rəvayət etdim,Adın dutuban şikayət etdim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq