Dedim ki, əya Səba, usandün,Asudə otur çözüb kəməndün.Daim bu cahanda var olasan,Eşq əhlinə ğəmgüsar olasan.Bir dəm sən otur betərfi-gülşən,Bir qasidi dəxi istəyim mən.Kim, səbrü qərarə çarə yoxdur,Bağrımda nə dürlü yare yoxdur.Bir dəxi qılım cahanda tədbir,Ya ayəti mən tələb bulum bir.Ol durdu çəməndə, mən yeridim,Bir elçi dəxi bulum der idim.Ərvahım uçurdu fikr teyrin,Bir dəmdə cəhanın etdi seyrin.Qayıtdı yerinə, qıldı pərvaz,Der: – Elçi Səbadən özgə yox baz.Bir çarə var isə, ol qılur həm,Ondan ola bu yürəgə mərhəm.Aldım tutuqi-həyani əz dil,Dedim yenə Badə k-ey müzəmmil,Qədd innə ərakə müstəinən,Sə’fihi bekülli müqtərinən.

Ən lütfikə in qət’ətə səbrən.Yö’tikə iləh əlfü əcrən.Səndən dəxi özgə çarə bilmən,Mən durub ayağə varə bilmən.Bir dəxi kərəmlər et mənimlən,Canım yoluna fəda tənimlən.Qalmışlara çün müavin oldin,Məqsudə yetürüb alxış aldin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar