Ey bəxt, dedim ki olmagil şad,Ğəmdən məni qılmadın sən azad.

Könlümni ğəm eylədin, gözüm nəm,Olmağni fəğan, işimni fəryad.

Sən dadi-dilimni vermədin heç,Munca ki, əlindən eylədim dad.

Hər yanə dönərsə çərxi-kəcrov,Sən andan irağə bir qədəm ad.

Xandan sana bu bəlavü bid’ət?Nerdən sana bu sitəmlə bidad?

Mö’minləri xürrəm etmədin heç,Kafər beçəsənmi, yoxsa müğzad?

Bir gəz nola, ey bəlalı gümrah,Qılsan mana rahi-vəslin irşad?

Yarəb, olasan ğəm ilə viran,Viranə əlindən olmaz abad.

Eşq ilə, görüm ki, bəndə düşgil,Olsun bu Xətayi səndən azad.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale