Tə’rif kərdəne-aşeq Səbara (Aşiqin Səbanı əyməsi)
Qalmışlara gər mədəd bolansan,Xızri-nəbi tək yetüb gələnsən.Həm çar ənasirin birisən,Çox mürdəni eylədin diri sən.Hey qaldı dəminlə ibni-Məryəm,Ənfasın edər behişti xürrəm.Ol şey ki, ölüdür anda yoxsan,Ol tən ki, diridir, anda çoxsan.Oldun nəfəs ilə ətsi-Adəm,Həm mərkəbi-sahibani-Xatəm.Ey mö’tədil əlvücud bikövn,Xoş dəmsənü həm məzaci-bilövn.Dəryadə sürən çü Nuh kəşti,Pür buyi-əbir edən behişti.Əhməd dəmin ilə yari buldu.Üşşaq sənin ilə yari buldu.Aşiq kimi sübh cuş edərsən,Dəryaləri pür nüquş edərsən.Nəsrinlə sənin, e qüdrətullah,Fərq oldu həmişədanədən kah.Ruhül-qüdsün ki, həmdəmisən,Həm türreyi-yar məhrəmisən.Girən qapularə bitəkəllüf,
Qılmaz sana heç kişi təxəllüf.Çün Xızr həmişə dər həyati,Kim, bolmaya ta əbəd məmati.Bu yedi yerin qərari sənsən,Həm yedi dəniz buxari sənsən.Gülləri açan zi bəhri-bülbül,Gülzarə salan şəmayim əz gül.Adın sənin oldu ruhə təcnis,Həmmali-rəvani-təxti-Bilqeys.Yox vəsfinə hədd ilən nəhayət,Ey həddi-kəmal ilən beğayət.Görsət mana bir dəxi vəfa sən,Lütf əhlivü mə’dəni-səfasən.Bir dəxi var ol nigarə məndən,Rəf’ ola məgər bu yarə məndən.Ol ğönçə ləbin cəvabın algil,Həq dərgəhinin səvabın algil.Aydır ki, xoş ola, qılmazam ar,Ya dutavü öldürə məni yar.Gedim du hezar barə dersən,Olam du hezar parə dersən.Hərçənd ad ilə mən Səbayəm,Üşşaq yoluna can fədayəm.Əhsənt, dedim, əya vəfadar,Mən Müntəzirəm, oturma, dur, var.Verdim çü Səbayə neçə pəndi,Dur indi, dedim, sözüm tükəndi.Aldım əlümə dəvatü xamə,Der: – Yazma dəxi sən ana namə.Ol şux anı yenə parə qılur,Ağ yüzini dəxi qarə qılur.Yalğuz mən olam, əgər qıla ədl,Tənha mən olam əgər qıla bəzl.Izzət kim, edər hücumi-kəsrət,Məqbuli-dua olur bu vəhdət.Dedim: – Kərəm etdin, ey müvafiq,Məhfuz olasan zi hər münafiq.
Yetür yerə anda hər ədəb var,Yetməz işi xanda biədəb var.Qatında sözün degil ki, ey şah,Ol bəndə gərəklidir be dərgah.Sən şahsən, ol ğulami-kəmtər,Baxmazmı ğulamə şahi-kişvər.Zülfin ki, bənövşədir, yüzün gül,Güllər diləməzmi sövti-bülbül?Gər lə’lin isə çü Şirin, ey yar,Fərhad gərəkdir ana bir zar.Gər zülfi-siyahın oldu Leyli,Məcnun ona gər qılursa meyli,Gər şəm’i-rüxündür atəş əfruz,Pərvanə gərəkdir ana dilsuz,Gər ləblərin oldu şəkkər əfşan,Bir tuti gərək yanında xoşxan.Zülfin isə dami-pür bəladır,Olmazmı o damə mübtəladır.Ol ğəmzə ki, tir edər fəşanə,Bir sinə gərək ana nişanə.Gər Yusif isən be Misri-dil şah,Yə’qub gədək ğəmində pür ah.Ol mur misali, sən Suleyman!Bir mur gərək çü bəndə fərman!
Kitabxana.az · https://kitabxana.az/works/xetai-dehname-te-rif-kerdene-aseq-sebara-asiqin-sebani-eymesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Vahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Dilberâ onılmadı gönlümde gamzen yarasıDilberâ onılmadı gönlümde gamzen yarasıBulmadun mı hufte gözden ayru dil oyarası