Ey naz məkani, sərvi-rə’na,Ey didə məqami, hüsni-ziba!

Hicran oxu birlə yürəgimdənAxıtmaq isə yetər hüveyda.

Ol zülfi-siyəh ğəmində hər dəmBaşımda qəti yer etdi sevda.

Yusif təki gördü göz cəmalın,Dil düşdü zəvalə çün Züleyxa.

Lalə kimi çəkdi bağrıma dağ,Ol zülfi-kəlaleyi-səmənsa.

Sevdayi-saçın şikəncü bəndiBaşımni çəkib yetirdi bər pa.

Qurtulmadı hicrdən Xətayi,Munca ki, vüsal edər təmənna.

Bükdüm çü tamam edib kitabi,Kəs dedim işimdə xurdü xabi.Der dutunuz imdi hümməti-düz,Mə’zulü şikəstə gəlməyə yüz.Dedim ki, biləncə lütfi-mərdan,

Tən qaldı, səninlə getdi bu can.Ol imdi rəvanə sağlığ ilən,Gəl munda yenə yüz ağlığ ilən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran