Ey yar, noleydi dilbər olsan,Ey mah, noleydi mehtər olsan.

Bədtərdir işim, ləbim dəxi xüşk,Tər qılsan oları behtər olsan.

Qəhr ilə cəfanı xeyrə döndər,Kim dutar əlin əgər şər olsan?

Rəhm eyləgil imdi bər müsəlman,Bütsən, nə əcəb ki, kafər olsan.

Gümrahdurur könül ğəmindən,Vəslin saru ana rəhbər olsan.

Rəhm eylər idin Xətayiyə sən,Bir qatla ana bərabər olsan?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq