Xubların sultanısan aləmdə, var, xan ol, yürü
Xubların sultanısan aləmdə, var, xan ol, yürü,Aşiqin canında cansan, var, acanan, ol, yürü,Sən rəqibin məclisində şəm kimi yan, ol, yürü,Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.
Yerdə qalmaz çün biləsən, ey mələk, ahım mənim,Yalqıza yardım edər: vardır Allahım mənim,Bivəfalıq rəsmini əldən gedər şahım mənim,Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.
Neçə kərrə demədimmi gözləri ahu sana,Bivəfalıq etməmək gərək idi canu sana,Yürü, var ömrüm haman şimdən gerü yahu sana,Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.
Ya ilahi, bilməzəm kim, nolisər halım mənim,Könlüm aldı, müslimanlar, şimdi bir zalım mənim,Sevdigim, ömrüm, əfəndim, hey gülüm, balım mənim,Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.
Ey Xətayi, bulmadım bir yarü həmdəm dünyada,Ahü vahi keçdi ömrüm, neyləyim, mən dünyada,Sərv kimi sərkəş olasan haman sən dünyada,Könlümüzü bizə ver də, Misrə sultan ol, yürü.
Kitabxana.az · https://kitabxana.az/works/xetai-xublarin-sultanisan-alemde-var-xan-ol-yuru
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şah iki cəhanın əfzəlidir,Allahın əli anın əlidir,
Fi zikri-əsmai-əimmeÖvsafi-əimmeyi-məfaxir,Ümmət olarunla boldu faxir.
Sifəti-gülşəni-bahar (Bahar güllüyünün təsviri)Qış getdi, yenə bahar gəldi,Gül bitdivü laləzar gəldi.
Dər zikri-ünvani-aşiqi və əhvali-xod (Bir aşiqin ünvanı və öz halı haqqında)Aləm qamusu bu dəmdə xoşhal,Mən öz işimdə fariğül-bal.
Başqa şairlərin şeirləri · Mədhiyyə
Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.
GəlmədiEy ağalar, könlümü çapdı əlmlər,Sultanım, sərdarım, ağam gəlmədi.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
Arağın ayağının altıHərdən araq adamdan güclü olur,hərdən də adam araqdan,