Və’deyi-vəsl edəli bir qılca qaldı canımız
Və’deyi-vəsl edəli bir qılca qaldı canımız,Göglərə irsə, iribdir, naləvü əfğanımız,Yola baxmaqdan çıxıbdır dideyi-giryanımız,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Gülşəni-baği-cinansan, eşq ola didarına.Mən dəxi bir bülbüli-şuridəyəm gülzarına,Yürü, ey yari-vəfasız, durmadan iqrarına,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Hər xaçan cami-şərabi-şiveyi nuş eylədin,Etdigin qövlü qərarı həp fəramuş eylədin,Çeşmi-məxmurinlə mən miskini sərxoş eylədin,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Al səhabi-ruyini hüsnin tək olsun hər zaman,Mehr ilə dolsun, mənim mahim, əzminü asiman.Söylədin könlüm alınca mənə min dürlü yalan,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Əbri-baran kimi ağlarkən Xətayi zar-zar,Gözünün yaşı edərdi, durma, derdin aşikar,Dün gecə kuyində oldum sübh olunca intizar,Xanı, a zalım, səninlə əhdimiz, peymanımız?
Kitabxana.az · https://kitabxana.az/works/xetai-ve-deyi-vesl-edeli-bir-qilca-qaldi-canimiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Həqiqət bəhrizatun əkbər oldıSifətünden anun bir gövhər oldı.
Ah kim, sən getdin, ey ay üzlü, can qaldı manaAh kim, sən getdin, ey ay yüzlü, can qaldı mana,Can səninlə getdi cismi-natəvan qaldı mana.
Arizin kim ol rüxi-pürnuri-tab üstündədirArizin kim ol rüxi-pürnuri-tab üstündədir,Suyə bənzər kim, həmişə afitab üstündədir.
Arizində sünbülün ənbərfişan etmiş dururArizində sünbülün ənbərfişan etmiş durur,Sanəsən kim, əqrəb ilə məhqıran etmiş durur.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Əvvəla şərti-gözəllikdə kamal olmalıdırƏvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
QaşlarınDəryə kənarında balıq tutarkən,Göründü gözümə maya qaşların,
Bir namə yazım, badi-səba yarə yetirsinBir namə yazım, badi-səba yarə yetirsin,Şərhi-qəmimi ol büti-xunxarə yetirsin.