Bir kişinin itmiş idi dəvəsi,Axtaran zamanda tutub həvəsi

Könlü açıq, şadü xürrəm gəzərdi,Tərənümə gəlib, gahi süzərdi.

Düçar oldu ona bir mərdi-aqilDedi: “nə fərəhdir divanə, cahil?

Dəvəsi güm olan gəzər mükəddər,Təriqi-əqldən bərisən məgər?”

Dedi: “nə məcnunəm, nə də biarəm,Dağın ol üzünə ümmidvarəm.

Əgər ki, tapılsa səadətimdi,Tapılmasa gəl gör, qiyamətimdi”.

Dedi: “bildim hələ dəxi biarsan,Hərcayisən, biməzəsən, yassarsan”.

Aqil gərək yeksan ola hər zaman,Qoymaya qəlbinə yol tapa şeytan.

Nə öylə pərişan – şad ola düşmən,Nə öylə bəşaşət – tən edə görən.

Çöllərdə bağırmaq xırs adətidi,Xanədə ağlamaq zən sənətidi.

Hünərin əvvəli – səbrü təhəmmül,Taətin övlası – təkyə, təvəkkül.

Tövsənin bədəsli oynar, dingildər,Yeriməz, yürüməz, ziyadə kişnər.

Məgər bu məzmunu oxumamışsanYazıblar şairi-təbi-müstəhsən:

Zi rəncü rahəti-geyti mənal ey dil, məşov xürrəm,Ki ayini-cəhan gahi çinan, gahi çənin başəd.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri