Keçdi növbəti zimistan
Keçdi növbəti zimistan,Yenə fəsli-bahar oldu.Əndəlibi-binəvanınSənəti ahü zar oldu.
Yasəmənü gülü laləBir çəməndə qurub halə;Ərfüğan tutub piyalə,Nərgis içib xumar oldu.
Əmr olundu, abi-niysanCansızlara bəxş etdi can.Yenə təzələndi dövran,Nə gözəl ruzigar oldu!
Səbzpuş olub çəmənlər,Qaldıdı hər şükufə sər.Oyan, ey bəxti-bixəbər,Yatan hamı bidar oldu.
Əlac oldu hər bimarə,Tapıldı dərdinə çarə.Elə, həsrət qalan yarəZakiri-dilfikar oldu.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-kecdi-novbeti-zimistan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görənlər nərgisi-məstin, nigarım, öylə məst olmuş,Çəkib səf dövri-çeşmində müjən tək paybəst olmuş.
Ləbi-ləlin həvəsilə cigərim xun olmuşLəbi-ləlin həvəsilə cigərim xun olmuş,Rəngi-zərdim onunçün əşq ilə gülgun olmuş.
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylərMəni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.
Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Möcüzi-ləli-ləbin həzrəti-İsa nə bilir?Nazi-əndazəni Şirinü Züleyxa nə bilir?
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Vücudun şərhinə girdim əcəb sirri-Xüda gördümVücudun şərhinə girdim əcəb sirri-Xüda gördüm,Yasanmış iki bənd üstə bu şərhi canfəza gördüm.
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Öldürürlər yaxşılarıBir güldana qoymuşdularQızılgülü,