Məhəmməd bəyə
Əziza, mən sənə bir cilqiyi-şəhanə göndərdim,Əcayib töhfədir, mən həm əcəb oğlana göndərdim.
Bəyazi-çeşmi-məhbuban kimi şəffaf, seyqəlli,İçində mərdüməkvəş mən onun bir danə göndərdim.
Və ya inki fərar olmuş qulami-hind kuyindənTutub saldım, qolu bağlı çəhi-zindanə göndərdim.
Həqarət çeşmi ilə baxma cana, üstüxan sanma,Çıxardıb,nəqdi-canımdır, mən ol cananə göndərdim.
Saluban getmədi, çün baz gəldi yaz ol şəhbaz,Bu bir tövqi-iradətdir, ona nişanə göndərdim.
Tək indi şəhri-dildə tab qıl, ey ləşkəri-möhnət,Cəfavü cövrünü yazdım, bu gün sultanə göndərdim.
Şikəstə Zakirin mən etmə səvqatın görüb biqədr,Xüturi-xatirinçün tapmadım bəhanə, göndərdim.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-mehemmed-beye
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Neçələr silsileyi-təbimə təhrik verir,Rişteyi-nəzmə çəkəm yəni düri-qəltani.
Divanbəyiləri həcvSəndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Var özgə vilayətdə də tək-tək köpək oğluHüseyn bəyə həcv*Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Başqa şairlərin şeirləri · Eşq
Yazda gömgöy olan bağlar,Payızda tez sovuşurlar.
Afitabın tələtindən mahi-taban ru tutarAfitabın tələtindən mahi-taban ru tutar,Çini-zülfündən Xətada nafeyi-ahu tutar.
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,