Olur gəh-gəh nümayan sinədə narinc püstanı
Olur gəh-gəh nümayan sinədə narinc püstanı,Təəccüb eylərəm, aya, bu sərvin kimdi dehqanı?
Dələr bağrım, tökər qanım, görəndə qadiri-biçun,Əsiri beylə kafir etməsin heç bir müsəlmanı.
Eşitmiş əzmi-seyrin, bilməzəm, əhli-çəmən kimdən,Bu gün şimşadü sərvin yox ayağa durmaq imkanı.
Tənimdə qalmadı bir xali qəmzən xədənginden,Olur abad hər mülkün ədalət olsa sultanı.
Həyati cümlə əşyaya səbəb feyzi-vücudundur,Rəvan olma, çıxar ayinəvü abi-rəvan canı.
Müjəm mənzuməsi zəbt edə bilməz əşk seylabın,Xəsü xaşak ilə tutmaq olurmu bəhri-Ümmanımı?!
Bu çərxi-pürcəfadən, Zakira, kəs rahət ümmidin,Muradınca dolanmaz kimsənin bu dövr dövranı.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-olur-geh-geh-numayan-sinede-narinc-pustani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşmüşəm çöllərə, ey Leylicəmal,Məcnun kimi səni gördəndən bəri.
Ey bimürvət, məni cana yetirdinEy bimürvət, məni cana yetirdin,Bunca cövrü cəfa birdən olurmu?
Ey qönçədəhanım, tazə-tərlikdəEy qönçədəhanım, tazə-tərlikdəNə gül həmta olub, nə lalə sənə.
Ey əndəlib, səndə bu nə qanunduEy əndəlib, səndə bu nə qanundu –Fəğan çəkmək növbaharı görəndə?
Başqa şairlərin şeirləri · Fələk və tale
Öt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,
FələkƏlindən eylərəm kimə şikayət,Axır məni xar etdin fələk,
Yarəb, məni cəfayə salan şad olmayaYarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,