Ey Həzrəti Peyğəmbərim,məndən sənə salam olsun,Allah adı qoy dilimdəən müqəddəs kəlam olsun,Ümmətini qorumağaQuran bürcüm, qalam olsun,Aminl Ya Rəbbəl-aləminl

Dildən-dilə, dindən-dinə,eldən-elə hörmət olsun,Xeyirli söz, xeyir əmələn mübarək nemət olsun,“Allah birdi” deyənlərinson məqamı cənnət olsun,Aminl Ya Rəbbəl-aləminl

Söz həmişə məhəbbətin,meydan çörək-duzun olsun,Sevənlərin ömrü-günüsevdiyindən uzun olsun,İcazə ver, keçək-gedək,cənnətinə izin olsun,Aminl Ya Rəbbəl-aləminl

İnsan oğlu səndən qeyribir kimsəyə qul olmasın,Kimsə kimin belindəkitoza batmış çul olmasın,Xırdalana-xırdalanasevgi qara pul olmasın,Aminl Ya Rəbbəl-aləminlMən dərdli bir şairiyəmdərdi böyük bir millətin,Yurdum-yuvam, oğlum-qızımqurbanıdır xəyanətin,Heç kəsə möhtac olmasın,səndən gəlsin inayətim,Aminl Ya Rəbbəl-aləminl

Ağrıların pəncəsindəçarmıx görmüş bir bədənəm,Bütövləşdir varlığımı,parçalanmış bir vətənəm,Göstər böyük xoşbəxtliyi,dünya görsün — mən də mənəm,Aminl Ya Rəbbəl-aləminl

Nahaq bilib haqqımızı,yalan sayıb doğrumuzu,Qarabağda tikə-tikəyandırıblar bağrımızı,Özgələr yox, öz qüdrətinqoy sağaltsın ağrımızı,Aminl Ya Rəbbəl-aləminl

Bir “Vəhdəti-vücud” eylə,aramızda birlik olsun,Qoy cücərsin toxum kimi,birliyimiz dirlik olsun,Astanamız ziyarətlik,ocağımız pirlik olsun,Aminl Ya Rəbbəl-aləminl

Ömrün-günün yollarındabüdrəməsin köhlən atım,Məhəmmədin məqamınavədəsində gedim çatım,Şeirim olsun Peyğəmbərincamalına salavatım,Aminl Ya Rəbbəl-aləminl

Yardımınla, kərəminləzənginləşdi bu sərvətim,Yerlə-göyün arasındadalğalandı məhəbbətim,Bir “Peyğəmbər” şairitəkqəbul olsun bu niyyətim,Aminl Ya Rəbbəl-aləminl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq