Niyə fikirlisən dedim, ay qoca,Bir kimsə yaramı sarımaz dedi.Arsızam, yaşadım bu günə qaldım,Arım az, arım az, arım az dedi.

Yaxınlar tanımaz, uzaqlar anmaz,Heç kəs bir dərdinə, oduna yanmaz,Bəxti yatanların bəxti oyanmaz,Heç vaxt yoxsulunku yarımaz, dedi.

Gözündən tökülər ağların çayı,Toyunun yasına qarışar vayı,Bağlanar qapısı, kəsilər payı,Yetim yarısa da, qarımaz dedi.

2010, 1 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri